Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Almaniyanın səkkiz hava limanında tətil başlayıb

Almaniyanın səkkiz hava limanında təhlükəsizlik xidməti əməkdaşları xəbərdarlıq tətilinə başlayıblar.

 

Yenixeber.org: DPA agentliyi xəbər verir ki, tətil Verdi həmkarlar ittifaqının çağırışı ilə Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen və Erfurtda, habelə ölkədə ən iri aviaqovşaq olan Frankfurt-na-Maynda keçirilir. Tətillər müxtəlif vaxtlarda – yerli vaxtla saat 18:00-dan 00:00-dək olan dövrdə başa çatacaq və 220 min sərnişinə təsir göstərəcək. Nə qədər reysin ləğv olunacağı barədə hələlik məlumat verilmir. Təkcə Frankfurt-na-Maynda 1200 uçuşdan 570-nin ləğv edildiyi bildirilir.

Verdi tələb edir ki, Almaniya aeroportlarının 16 min təhlükəsizlik xidməti əməkdaşına vahid əməkhaqqı – hər saat üçün 20 avro təyin olunsun. Hazırda isə maaş regiondan və əməkdaşın vəzifəsinə nəyin daxil olmasından asılıdır.

Xatırladaq ki, bundan əvvəlki iki həftədə beş alman aeroportunda tətil keçirilmişdi. Nəticədə 500-dən çox aviareys təxirə salınmış, 110 minə yaxın sərnişinin planları pozulmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam