Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Lukaşenkonun Nikola dediyi sözlər xoşagəlməz olsa da, haqlıdır” - Sarkisyan

 

“Lukaşenkonun Nikola dediyi sözlər xoşagəlməz olsa da, haqlıdır” - Sarkisyan
“Batkanın (Belarus prezidenti Aleksandr Lukaşenko) Paşinyana dediyi sözlər xoşagəlməz və yersiz olsa da, o haqlıdır”
Yenixeber.org: Bunu Ermənistanın sabiq baş naziri, “Respublika” partiyasının sədri Aram Sarkisyan Lukaşenkonun Belarusun Azərbaycana silah satması ilə bağlı Ermənistanın baş naziri səlahiyyətlərinin icarçısı Nikol Paşinyanın şikayətlərinə təhqiredici cavabını şərh edərkən deyib. 

Onun sözlərinə görə, “əgər Ermənistanın KTMT-də deyiləsi sözü varsa, onda bütün iradlarını strateji tərəfdaşı və başlıca müttəfiqi olan Rusiyaya bildirməlidir. Çünki Azərbaycana silah satışında Rusiya birinci yeri tutur” 

Sarkisyan hətta hesab edir ki, artıq bu barədə danışmağın özü belə faydasızdır. Moskvanın Azərbaycana silah satışını dayandırmasını və bunun digərlərinə nümunə olmasını təmin etmək üçün Rusiyanı NATO ilə "hədələmək" lazımdır: “Ermənistan NATO ilə əməkdaşlığı addımbaaddım aktivləşdirməlidir. Və yalnız bu halda Rusiyanın bizə qarşı münasibəti mütləq dəyişəcək. Çünki Rusiyanın bizə lazım olduğundan iki dəfə çox biz Moskvaya lazımıq. Əks təqdirdə, onların sərhəddi Krasnodar vilayətindən keçəcək”. 


Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərlə görüşündə Minskin Azərbaycana silah satışı ilə bağlı Paşinyanın narazılığına verdiyi təhqiramiz və həqiqəti əks etdirən cavabı, özü də məhz Azərbaycan prezidentinin yanında Nikolu susdurması Ermənistanda ciddi ajiotaj doğurub. 

Lukaşenko bildirib ki: “İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında ona (Paşinyana) dedim: Nikol, gəl, bu məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Onda niyə dilini bir yerinə soxub susmusan? Vladimir Vladimiroviçi də tənqid et də. Nədir, qorxursan?” 

Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur: ““Polonez”lər olmasa, onuncu olacağıq. Bax, niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? İndi sən danış, mən də susum.” 

Lakin Paşinyan özü Lukaşenkonun bu açıqlamasına hələ ki münasibət bildirməyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam