Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Putinlə Azərbaycana silah satışını müzakirə etdik” - Paşinyan

 

“Putinlə Azərbaycana silah satışını müzakirə etdik” - Paşinyan
“Hazırda bizim regionda gərginlik mövcudur. Müharibənin başlama ehtimalı isə çox yüksəkdir. Deyərdim ki, biz müharibəyə hazır olmalıyıq. Mən və bütün ermənilər əmindir ki, Rusiyanın bizim regionda müharibənin başlamasının qarşısını almaq üçün bütün mümkün vasitələri mövcuddur”.
Yenixeber.org: Bunu Ermənistanın baş nazri Nikol Paşinyan Rusiyanın “Exo Moskva” radiosuna müsahibəsində deyib. O, Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı müzakirə etdiyi bəzi maqamları açıqlayıb: 

"Mən Putinlə Rusiyanın Azərbaycana silah satışını da müzakirə etmişəm. İki ölkənin mövqeyi açıq formada bəyan edilib. Lakin mən danışıqların nüanslarını tam açıqlamaq istəməzdim. Silah satışına embarqo (Azərbaycanı nəzərdə tutur - red) tamam başqa mövzudur. Bu məsələni tək Rusiya ilə deyil, eyni zamanda Belarusla və KTMT-da olan tərəfdaşlarımızla müzakirə edəcəyik. Rusiyanın bizim regiona mümkün geosiyasi və iqtisadi təsiri var".

Paşinyan hesab edir ki, Rusiyanın müharibəyə yol verməmək üçün rıçaqları mövcuddur: "Mən inana bilmirəm ki, Rusiya müharibənin qarşısını almaq üçün bu vasitələrdən istifadə etməyəcək. Moskvada futbol üzrə dünya çempionatında iştirak etdiyim zaman Putin məni Azərbaycan prezidenti İlham Əliyevlə tanış etdi. Biz onunla tanış olduq. Lakin bu tanışlıq effektli olmadı. NATO sammitində isə biz görüşmədik. Çünki belə alındı”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam