Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Koçaryan mart qırğınlarından danışdı:"...əlimdə video var” -

 

“Mart qırğını ilə bağlı əlimdə video var” - Koçaryan
Ermənistanın ikinci prezidenti Robert Koçaryan bəyan edib ki, onun əlində 2008-ci ilin 1 mart hadisələrinə dair ciddi dəlil rolunda çıxış edə biləcək video kadrlar var.
Yenixeber.org: Bu barədə Koçaryanın vəkili Ayk Alumyan keçirdiyi mətbuat konfransına bildirib. Onun sözlərinə görə, həmin kadrlarda avtobusların arxasında gizlənən aktivistlərin nümayişçilərə necə atəş açdıqları açıq-aydın görünür.

Alumyan bəyan edib ki, bu video Koçaryanla bağlı açılan cinayət işi üzrə məhkəmənin çıxardığı ilkin qətimkan tədbirindən şikayət olaraq, şəxsən sabiq prezident özü tərəfindən Ermənistanın Kassasiya Məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, dünən Ermənistanın Kassasiya Məhkəməsi öləkənin baş prokuroru Artur Davtyanın Koçaryana qarşı şikayətini təmin edib. Məhkəmənin qərarına əsasən, Apellyasiya Məhkəməsinin 13 avqustda Koçaryanın xeyrinə çıxardığı qətnamənin qüvvəsi dayandırılıb və təkrar baxılması üçün Koçaryanın işi yenidən Apellyasiya Məhkəməsinə yönləndirilib. Lakin sabiq prezidentin vəkili Ayk Alumyan bildirib ki, Ermənistan baş prokurorunun əsas niyyəti işin Konstitusiya Məhkəməsində baxılmasına nail olmaqdır.

Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam