Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

AQTA-nın səlahiyyətləri artırıldı

    

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı
“Fitosanitar nəzarəti haqqında” qanunda dəyişikliklər edilib.
Yenixeber.org: Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Azərbaycan ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilib.

Həmçinin bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının, habelə flora və faunanın pestisidlərin, digər zəhərli kimyəvi maddələrin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi, fitosanitar nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda, müvafiq ərazidə karantin rejiminin tətbiq edilməsi, hüquqi şəxslərə və əhaliyə bu barədə məlumat verilməsi, habelə zərərli orqanizmlərlə mübarizə aparılması məqsədilə karantin məhdudiyyətlərinin müəyyən edilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi Agentliyə tapşırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam