Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DSK 20-ci beynəlxalq konfransda təmsil olunur - FOTO


10-19 oktyabr 2018-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə əmək statistiklərinin 20-ci beynəlxalq konfransı keçirilir. 
Yenixeber.org: 140 ölkə və 36 beynəlxalq təşkilatdan 375 nümayəndənin qatıldığı konfransda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə də iştirak edir.
Tədbirdə məşğulluq statusu üzrə beynəlxalq təsnifatın yeni layihəsi, əmək fəaliyyəti, məşğulluq və tam istifadə olunmayan işçi qüvvəsinə dair 19-cu beynəlxalq konfransın qətnaməsindən irəli gələn tövsiyələrin milli səviyyədə tətbiqi imkanları, əmək miqrasiyası və məcburi əməyin qiymətləndirilməsi üçün statistik standartlar, layiqli əməyə aid dayanıqlı inkişaf məqsədləri göstəricilərinin statistik izahları, onların qiymətləndirilmə metodları və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bununla yanaşı, konfransda milli hesablar sisteminin ümumi istehsal sərhədi çərçivəsində əmək fəaliyyətinin bütün növlərini əhatə etməklə işçi və işəgötürən arasında münasibətlərin əmək bazarının tələblərinə uyğun statistik qiymətləndirilməsi üçün mövcud standartların əhatəliliyinin genişləndirilməsi, onların təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən konfransa təqdim edilmiş əmək münasibətləri statistikasına dair qətnamə layihəsinin müzakirəsi də aparılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam