Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nəvaz Şərif və qızı həbsdən azad edildi

 

Nəvaz Şərif və qızı həbsdən azad edildi
Nəvaz Şərif və qızı Məryəm barəsində aşağı instansiya məhkəməsinin çıxardığı həbs qərarının müvəqqəti dayandırılmasına dair hökm verib. Şərifin tərəfdarları onların həbsdən azad edilməsi münasibətlə Pakistan küçələrində bayram ediblər.
 Yenixeber.org: "Reuters” xəbər verir ki, İslamabad Ali Məhkəməsinin hökmü ilə Şərif və qızının korrupsiya yolu ilə Londonda lüks mənzillər əldə etdiklərinə dair onlara qarşı çıxarılan müvafiq olaraq 10 və 7 illik azadlıqdan məhrumetmə cəzasının qüvvəsi dayandırılıb. Bu münasibətlə Pakistanın sabiq xarici işlər naziri Xavaja Asif də Şərifi təbrik edərək, ədalətin bərqərar olduğunu bildirib. 

Lakin İslamabad Ali Məhkəməsində Şərif və ailəsinə qarşı açılan cinayət işləri üzrə apelyasiya müraciətlərinə baxış hələ də davam edir. Bununla belə, hakim işlərin davam etməsinə rəğmən Şərif və qızını sərbəst buraxmaq qərarına gəlib. 

Qeyd edək ki, 3 dəfə baş nazir seçilən 68 yaşlı Nəvaz Şərif Pakistanın ən məşhur siyasətçilərindəndir. O, 2017-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən korrupsiyada ittiham edilərək baş nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Belə ki, məşhur “Panama kağızları” qalmaqalında Şərifin və onun 3 övladının adı çəkilib. Ona qarşı mənbəyi bilinməyən pul əldə edərək həmin vəsaitlərlə investisiya qoymaq və ölkə xaricində əmlak almaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və korrupsiya ilə bağlı 3 cinayət işi açılıb. 

Məhkəmənin qərarı ilə həmin işlərdən biri – xaricdə əmlak almaqla bağlı Şərifə 10 il həbs və 8 milyon sterlinq cərimə, qızı Məryəmə isə 7 il həbs və 2 milyon sterlinq cərimə cəzası verilib. Qərarın elan olunduğu vaxt Britaniyada olan Nəvaz Şərif rəsmi İslamabada müraciət edərək, həyat yoldaşının xəstəliyinə görə Londonda olduğunu bildirib və bunun üçün məhkəmənin təxirə salınmasını istəyib. Lakin onun bu istəyi nəzərə alınmayıb. Digər 2 cinayət işi üzrə isə məhkəmə daha sonra qərar çıxaracaq. Şərif bu işdə övladlarının heç bir günahının olmadığını bildirib.

Xatırladaq ki, Şərif qızı Məryəmlə birlikdə iyulda Londondan qayıdarkən Pakistanın Lahor hava limanında onu qarşılamağa gələn əhaliyə salam verməyə macal tapmadan hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam