Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

“Ermənistan özünü ticarət imkanlarından məhrum edir”- Nazir

“Ermənistan özünü ticarət imkanlarından məhrum edir” - Nazir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində inklüziv rəqəmsal inkişafa dair çıxış edib

 Yenixeber.org: “İlk növbədə, mən panelin iştirakçılarını salamlamaq və bu tədbiri təşkil etdiyi üçün Çin hökumətinə və Dünya İqtisadi Forumuna minnətdarlığımı bildirmək istərdim. İnanıram ki, bugünkü görüş Avrasiyada inklüziv rəqəmsal inkişaf üzrə fikir mübadiləsi aparmaq və regionda əməkdaşlığın daha da möhkəmləndirilməsinə hədəflənmiş mövzu ilə bağlı tövsiyələri müəyyən etmək üçün yaxşı imkandır.

Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Süni zəka, bulud tipli məlumat bazası, əşyaların interneti və cihazlararası uzlaşma (M2M) texnologiyaları qlobal tendensiyalardır. Bu texnologiyaların inkişafı və dördüncü sənaye inqilabı ölkələr və hökumətlərə həyat keyfiyyətini artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqla ictimai xidmətlərdə keyfiyyəti və şəffaflığı təkmilləşdirmək üçün yeni iqtisadi imkanlar yaradacaqdır.
Bu sahədə sərmayələr hər bir ölkənin gələcəkdə davamlı inkişafında mühüm rol oynayır. Evlərin yüksək sürətli internetə çıxışı, Böyük Həcmli Verilənlər (Big Data) çağırışı üçün bulud tipli məlumat bazası, kiber təhlükələrə cavab verən yaxşı inkişaf etmiş həll yolları bu prosesdə başlıca maneə kimi nəzərdən keçirilə bilər.

Qəbul edirik ki, əgər biz ortaq rifah üzərində qurulan bir gələcək yaratmaq istəyiriksə, rəqəmsal texnologiya vacib olacaqdır. Faktiki olaraq, texnoloji innovasiya sürətləndikcə, bu, inklüziv artım üçün ən yaxşı cığır ola bilər. Rəqəmsal iqtisadiyyatın əsaslarını möhkəmlətməklə hökumətlər bu xüsusda əsas rol oynayırlar. Biz sahibkarlıq subyektlərinin rəqəmsal texnologiyaların rəqabətə və yeniliklərə üstünlük verməsinə imkan verən siyasət və qaydaları inkişaf etdirməliyik.

Azərbaycana gəldikdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir. Biz yüksək texnologiyaları davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi tanıyırıq və bu sektorun inkişafı üçün zəruri addımlar atırıq. Qlobal iqtisadiyyatda dəyişikliklər informasiya və kommunikasiya texnologiyalarını ölkədə ən sürətlə inkişaf edən sektorlardan biri etdi. Belə ki, hal-hazırda enerji və nəqliyyatdan sonra bu, ölkənin üçüncü vacib iqtisadi sektorudur.

Azərbaycan Respublikasının informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi 2016-cı ildə Prezidentin sərəncamı ilə təsdiq edilib. Bu, İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edir. Siyasi çərçivələri və idarəetmə protokollarını hazırlayarkən biz elmi tərəqqi və innovativ inkişafa böyük diqqət ayırırıq. Ölkə əsas hədəflərdən bir neçəsi qismində rəqəmsal ticarət, transsərhəd məlumat axınları, blokçeyn və bölüşdürülmüş kitabça texnologiyasına diqqət ayırır.

Ölkə əhalisinin 79 faizi internet istifadəçisidir, onların 72 faizi genişzolaqlı internetdən istifadə edir. İlbəil evlərin internetə çıxışı artır və indi bu 77.2 faizdir. Rəqəmsal televiziya yayımına keçid tamamlanmışdır. Bununla yanaşı, “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” yer səthinin müşahidə peyki uğurla fəaliyyət göstərir və müasir peyk xidmətlərini təmin edirlər.

Azərbaycan bütün dövlət təşkilatlarından 30 milyon dəfə tətbiq edilmiş 450 növ xidmətdən çox olmaqla blokçeyn texnologiyasına əsaslanan eGov portalı təsis edib. Hal-hazırda gömrük bəyannamələrinin 100 faizi, vergi bəyannamələrinin 90 faizi, əmək müqavilələrinin 100 faizi və qaimələrin 100 faizi onlayn qaydada yerinə yetirilir.

Milli malların onlayn kataloqunu yaratmaqla yanaşı, yeni xarici bazarlara çıxış üçün Rəqəmsal Ticarət Mərkəzi (RTM), dövlət özəl tərəfdaşlıq platforması yaradılmışdır. Bu platformanın əsas məqsədi bütün lazımi xidmətlər göstərməkdir, həmçinin öz məhsullarını ixrac etmək istəyən sahibkarlar, xırda və orta sahibkarlara lisenziyalar, icazələr, sertifikatlar və ödəniş imkanları təmin etməkdir. Azərbaycanın Rəqəmsal Ticarət Mərkəzi yerli və regional səviyyədə inkişaf edir. 2016-ci ildə əsası qoyulduqdan sonra fəaliyyətinin ilk ilində 74 ölkədən sifariş edilmiş 475 milyon ABŞ dolları dəyərində mallar istehsal olunub.
Azərbaycan dünyada Rəqəmsal Ticarət Mərkəzi vasitəsilə qeyri-rezidentlərə E-Rezidentura təklif edən ikinci, m-Rezidentira təklif edən birinci ölkədir. E-Rezidentura və m-Rezidentura Azərbaycanda müstəqil biznesin qurulması və yerləşdirilməsi üçün dünyanın müxtəlif regionlarında və Azərbaycanda müstəqil müəssisələrin yerləşdirilməsi həmçinin, yerli Rəqəmsal Ticarət Mərkəzinin transsərhəd elektron xidmətlərindən istifadə etmək kimi sahibkarları təşfiq etmək məqsədilə Azərbaycan hökumətinin bütün qeyri-rezidentlərə verdiyi rəqəmsal və mobil şəxsiyyətdir.

Biz Bakıda 724 fəaliyyət göstərəcək İnnovasiyalar Mərkəzi qurmaq niyyətindəyik. Bu mərkəz innovativ ideyaları olan gənc sahibkarlar və startuplar üçün pulsuz olacaq. Onların, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant və kredit almaq imkanı da var. Azərbaycan hökuməti sahibkarları öz ideyalarını biznesdə həyata keçirmək üçün dəstəkləyir.

WEF Global IT Hesabatının 2016-cı ilinə əsasən, Azərbaycan mobil şəbəkə əhatəsi üzrə 1-ci, Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət və İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, dövlətin vətəndaşlara dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən qabaqcıl texnologiya məhsullarının satın alınması və İKT-lərin istifadəsi üzrə 12-ci yerdə sıralanır. Qeyd edək ki, Dünya İqtisadi Forumunun "İnklüziv İnkişaf İndeksi 2018" hesabatında Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü, MDB və Avrasiya regionunda birinci yerdədir.

Coğrafi mövqeyi və iqtisadi potensialı sayəsində Avrasiya regionu bu gün diqqət mərkəzindədir. Təbii ehtiyatlar və karbohidrogen ehtiyatları ilə zəngin olan region həm də yüksək elmi və texnoloji potensiala və insan resurslarına malikdir.

Eyni zamanda, regionda müasir və yüksək texnoloji İKT infrastrukturlarının qurulması zəruridir və bu məqsədlə, Azərbaycan hökuməti Frankfurt şəhərindən Honq-Konqşəhərinə istiqamətlənən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi (TASIM) təşəbbüsü ilə çıxış etdi. Bu genişzolaqlı marşrut, hər saniyənin vacib olduğu rəqabət dövründə Şərq və Qərbi birləşdirən ən qısa xətt olmalıdır. BMT Baş Assambleyasının qətnaməsi ilə dəstəklənən layihə cəlb olunan ölkələrə təkmilləşdirilmişregional və qlobal uzlaşma, diversifikasiya marşrutları, təkmilləşdirilmiş fəlakətin dayanıqlığı, rəqəmsal bölünmənin pozulması və davamlı inkişaf məqsədlərinə (SDGs) töhvə verilməsi və regional innovasiyalara və modernizasiyaya töhfə kimi faydaların verilməsini nəzərdə tutur. Biz əminik ki, TASİM layihəsinin reallaşdırılması Avrasiyanın dənizə çıxışı olmayan ölkələri üçün yeni iqtisadi imkanlar açacaqdır. Biz inanırıq ki, İKT sektorunun inkişafı sahəsində digər tədbirlərlə yanaşı, nəqliyyat dəhlizlərinin infrastruktur rəqəmsallaşdırılması da inklüziv artımın effektiv təminatçısı kimi xidmət edəcəkdir.

Tarixə nəzər salsaq, bu region ticarət marşrutlarının mərkəzi hesab edilib və daha geniş regionda iqtisadi inkişafda mühüm rol oynayıb. Hər kəsə Böyük İpək Yolunun tarixi əhəmiyyəti məlumdur və təsadüfi deyildir ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bu təşəbbüsü dəstəkləmiş və onun bərpasında aparıcı rol oynamışdır. Ümumiyyətlə, Azərbaycan regionda Bakı-Tbilisi-Qars neft kəməri, Trans-Anadolu qaz kəməri (TANAP), Trans-Adriatik kəməri (TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bəzi nümunələr göstərilməklə böyük infrastruktur layihələrinin təşəbbüskarı kimi tanınır.
Azərbaycan məsafə və zaman baxımından Çin və Avropa arasında ən qısa əlaqə hesab edilir. Müxtəlif hesablamalara əsasən, bu əlaqə nəqliyyat daşımalarının vaxtının 70 faizinə qənaət etməyə imkan verir. Hal-hazırda, Avropa və Asiya arasında ticarət axını artdığından Azərbaycan Avrasiyanın kəşisməsində nəqliyyat və logistika qovşağı kimi inkişaf edir.
Azərbaycan Avropa ilə Asiyanın birləşdiriməsində, xüsusilə tranzit və logistik imkanlar, trans-Xəzər nəqliyyat və ticarət dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryol xətti və Ələt Beynəlxalq ticarət limanı vasitəsilə Çinin təşəbbüsü olan “Bir kəmər, Bir yol” layihəsinin gerçəkləşdirilməsi baxımdan əlverişli mövqe tutur. 

Çin və Avropa İttifaqının üzvlərinin nəqliyyat şəbəkələrinin əlaqələndirilməsinə yönəlmiş bu layihələr Avrasiya çərçivəsində iqtisadi və ticarət əlaqələrinin inklüziv və davamlı inkişafına, eləcə də regional inkişafı və rifahı təşviq etməklə insanlar arasında təmasların fəallaşdırılmasına töhfə verəcəkdir.

Bundan əlavə, Azərbaycan daha sürətli Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasında tərəfdaşları ilə əməkdaşlıq edir. Bu marşrut quru yolla İran, Pakistan və Hindistandan Avropa ölkələrinə Azərbaycan vasitəsilə yük daşımalarının həyata keçirilməsini təmin edir.
Təhlükəsizlik və sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa nail olmaq üçün vacib bir şərtdir. Lakin hazırkı reallıqlar şəraitində, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdulaşdırır və daraldır. Bu xüsusda, vurğulamaq istərdim ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir. Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik.

Öncə qeyd etdiyim kimi, yeni texnologiyaların sürətli inkişafı insanlara və ölkələrə iqtisadi və sosial sahələrdə yeni imkanlar yaradır. Bununla yanaşı, həmin proses kiber hücumlar və iş yerlərinin itirilməsi kimi yeni çağırışlar və təhdidlər gətirir. Bu çətinliklərlə üzləşərkən dövlətin üzərinə böyük məsuliyyət düşür. Beləliklə, vəziyyət düzgün qiymətləndirməli və vətəndaşların bu kimi təhdidlərdən qorunması üçün lazımı ölçülər götürülməlidir.

Yekun olaraq vurğulamaq istərdimki, Azərbaycan Respublikası İKT və inklüziv davamlı inkişaf üçün yeni texnologiyaların artan əhəmiyyətini və bununla da iqtisadi göstəricilərin yüksəldilməsini və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasını nəzərə alaraq, Avrasiya regionu ilə bu sahədə əməkdaşlığı daha da möhkəmləndirməyə və genişləndirməyə hazırdır. Diqqətinizə görə təşəkkür edirəm”.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?