Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Aİ Afrika ölkələrinə maliyyə ayırdı-Miqrant axınına qarşı

 

Aİ miqrant axınına qarşı Afrika ölkələrinə maliyyə ayırdı
Avropa İttifaqı (Aİ) Komissiyası Aralıq dənizi vasitəsilə İspaniyaya, oradan isə bütün Avropa ölkələrinə keçən miqrant axınının qarşısını almaq üçün Şimali Afrikanın 2 ölkəsinə - Mərakeş və Tunisə əlavə olaraq daha 55 milyon avro maliyyə ayırıb. 
 Yenixeber.org: Bu barədə Avrokomissiyanın sədri Jan-Klod Yunker İspaniya baş naziri Pedro Sançesə ünvanladığı məktubda deyib. Ayrılan pullar Mərakeş və Tunisin milli sərhəd xidmətlərinin gücləndirilməsinə xərclənəcək. Yunker vurğulayıb ki, Aİ artıq İspaniya və Mərakeşə kifayət qədər yardım edir və gələcəkdə bu yardımı artırmağa hazırdır. Sərhəd nəzarətinin gücləndirilməsi üçün bundan əvvəl Mərakeşə Aİ büdcəsindən 100 milyon avro verilib. 

Qeyd edək ki, rəsmi Madrid İspaniya sahillərinə çox sayda miqrant axını ilə əlaqədar əlavə yardım göstərilməsilə bağlı Aİ-na müraciət etmişdi. İyunda isə Avrokomissiya İspaniyanın Mərakeşlə sərhəddindəki Seut və Melilya anklavlarına gələn miqrantların qəbul imkanlarının yaxşılaşdırılması üçün Madridə 24,8 milyon avro vermişdi. 

Aralıq dənizindən keçərək İspaniyaya gələn miqrantların sayı son aylarda daha da artıb. Əgər bütün 2017-ci il ərzində dəniz vasitəsilə İspaniyaya 22,4 mindən çox miqrant gəlmişdisə, bu ilin yanvarından etibarən onların sayı artıq 21 mini keçib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam