Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Komissiyasından 35 milyardlıq yardım

 

Bu maliyyə yardımı bu gündən 2020-ci ilə qədər dövrü əhatə edəcək.Yunanıstan Avropa Komissiyasından 35 milyard avroluq yardım ala bilər.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker söyləyib. O bildirib ki, yardım bu gündən 2020-ci ilə qədər dövrü əhatə edəcək.
“Biz 35 milyard avroluq bir yunan proqramı hazırlamışıq. Bu vəsait yalnız büdcəni doldurmaq üçün deyil, real iqtisadiyyat üçün istifadə olunacaq”, – deyə Avropa Komissiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası Cənubi Avropa ölkəsində iş yerlərinin yaranmasına və əhalinin müdafiəsinə ehtiyac duyulur. Yunker qeyd edib ki, 2015-ci ilin ikinci yarımilliyində Yunanıstana 1 milyard avroluq vəsait verilə bilər.
Qeyd edək ki, Avropa ölkələri Yunanıstanı borc bataqlığından çıxarmaq üçün bir sıra addımlar atırlar. Əgər Yunanıstan öz borclarını ödəyə bilməsə, Avrozonadan çıxa bilər. Yunanıstanın baş naziri Alexis Tsipras digər 18 avrozona dövlət başçıları ilə Brüsseldə keçiriləcək sammitdə bu məsələnin həll olunacağı bildirmişdi.

 

Anspress.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam