Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İki nazir üçün özəl gün

İki nazir üçün özəl gün
Bu gün müdafiə naziri Zakir Həsənov və kənd təsərrüfatı naziri İnam Kərimovun doğum günüdür.
Yenixeber.org: Məlumata görə, general-polkovnik Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub.

1976-ci ildə Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi bitirib.1980-ci ildə BakıAli Ümumqoşun Komandirləri Məktəbini bitirib və həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib. 1985-ci ildən 1993-cü ilədək Sibir Hərbi Dairəsində xidmətini davam etdirib. 1986-1987-ci illərdə SSRİSilahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 №-li Sərəncamı ilə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

Horadiz əməliyyatı daxil olmaqla Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli müvafiq əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı, Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 30.06.2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 11.03.2008-ci tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı və 19.04.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və “general-polkovnik” hərbi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

***

Kənd təsərrüfatı naziri İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb. Həmçinin bu universitetin hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsini qazanıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub. 2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı naziri təyin olunub.

İngilis, fransız, fars və rus dillərini bilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam