Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

OPEC+ sövdələşməsi müddətsiz ola bilər

 

OPEC+ sövdələşməsi müddətsiz ola bilər
Neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin bütün iştirakçı ölkələri neft bazarında tarazlığın davam etdirilməsinin tərəfdarıdır.
Yenixeber.org: Bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib. “Mən heç bir nazirdən bu istiqamətdə qarşılıqlı fəaliyyətin əleyhinə olan fikir eşitməmişəm”, - deyə nazir qeyd edib.

A.Novak daha sonra deyib: OPEC+ sazişi əla nəticələr verib, onun iştirakçıları isə razılaşmanın başa çatacağı əvvəlcədən nəzərdə tutulan 2018-ci ildən sonra da müddətsiz qarşılıqlı fəaliyyətin tərəfdarıdırlar. OPEC+ sazişinin tərəfdaş ölkələri 2018-ci ildən sonra da informasiya mübadiləsi apara, zəruri hallarda hasilatı əlaqələndirə bilərlər”. Rusiyalı nazir hesab edir ki, zəruri hallarda, məsələn, 2014-cü ilin əvvəlindən başlayan böhran vəziyyətində olduğu kimi, bazarın tarazlaşdırılmasına təsir edən mexanizm var.

Nazir əlavə edib ki, eyni zamanda, hazırkı şəraiti və perspektivləri anlamaq üçün sadəcə görüşmək və bazardakı vəziyyəti müzakirə etmək çox səmərəlidir. Onun sözlərinə görə, əgər əvvəllər OPEC məsələləri özünün qapalı çərçivəsində müzakirə edirdisə, indi kartelə daha 11 ölkə qoşulub və bu, artıq beynəlxalq təşkilata bənzəyir.

OPEC 2016-cı il noyabrın 30-da Vyanada neftin qiymətlərinin sabitləşməsi məqsədilə hasilatın oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barel azaldılmasına dair razılığa gəlib. OPEC üzvü olmayan 11 ölkə 2016-cı il dekabrın 10-dan öz hasilatlarını yekun olaraq 558 min barel, o cümlədən Azərbaycan gündəlik 35 min barel azaltmağı razılaşdırıblar.

Neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilədək uzadılıb. Azərbaycan ötən il və cari ilin iki ayı ərzində öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam