Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Artur Rasi-zadə Gürcüstanın baş naziri ilə görüşüb

 

 

Yenixeber.org: Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə martın 12-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

 Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən Baş nazir Artur Rasi-zadə münasibətlərimizin strateji xarakter daşıdığını və əsrlər boyu ölkələrimiz arasında mövcud dostluğa əsaslandığını bildirib. Azərbaycanın Baş naziri ölkələrimizin iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Gürcüstan arasında qurulan iqtisadi əlaqələr üzrə göstəricilərin müsbət olduğunu qeyd edib, münasibətlərimizin daha da möhkəmlənməsi üçün tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, iqtisadi və humanitar sahələrlə yanaşı, müdafiə sahəsində əlaqələr də inkişaf edir.

Baş nazir Artur Rasi-zadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq vurğulayıb ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və bu, Azərbaycanın prinsipial mövqeyidir.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili regiondakı sabitlikdə maraqlı olduqlarını bildirərək deyib ki, Gürcüstan da bütün beynəlxalq formatlarda münaqişələrin ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüququn normaları əsasında tənzimlənməsinin tərəfdarıdır. İkitərəfli münasibətlərin böyük perspektivi olmasından məmnunluğunun ifadə edən qonaq Azərbaycan ilə birgə həyata keçirilən qlobal neft, qaz və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb, ticari-iqtisadi münasibətlərdə müsbət dinamikanın olduğunu sevindirici hal kimi dəyərləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam