Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xruşşovun BMT-də çəkməli çıxışı və Putinin nüvə təhdidi...

[thumb]http://yenixeber.org/uploads/posts/2018-03/1520144314_nikita-xrushov.jpg[/thumb

Putinin son çıxışı geosiyasi gərginliyə yeni bir təkan verəcək

 

Yenixeber.org:Bu sözləri  açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib

“Qərbin uzunmüddətli sanksiyaları nəticəsində Rusiyaya böyük iqtisadi və siyasi ziyan dəyib. Rusiya isə çoxdandır ki, danışıqları yolu ilə sanksiya mühasirəsindən çıxmaq istəyir. Lakin bu alınmır, sanksiyalar getdikcə sərtləşir, Rusiyanın mühasirəsi güclənir. Eyni zamanda, Qərb Rusiyaya qarşı siyasi təzyiqlərinin arxasında hərbi tədbirlər görür. NATO hərbi blokunun Baltikyanıda, Rumıniya, Polşa və digər Avropa ölkələrində güclü mövqelər yaratması və həmin dövlətlərin ərazisində havadan müdafiə sistemləri yerləşdirməsi buna misal ola bilər. Bu məqamda ABŞdəniz donanmasının Boğazlardan Qara dənizə daxil olması Rusiya liderini hərəkətə keçməyə vadar etdi”.

Ekspert bildirib ki, Putinin son bəyanatının iki səbəbi var:

“Verilən mesajın bir qolu xaricə- dünyada gedən proseslərə qarşı idi, digər qolu isə daxili auditoriyaya hesablanmışdı. Bu yaxınlarda Rusiyada prezident seçkiləri olacaq. Putin ölkəsinin yeni hərbi texnikasının nümayişi ilə öz siyasi mövqelərini həm Rusiyada, həm də beynəlxalq aləmdə gücləndirmiş oldu. Ancaq bununla bərabər, indiki vəziyyətdə Putinin çıxışını vaxitlə Nikita Xruşşovun BMT-də çəkmə ilə kürsüyə vurduğu məhşur çıxışlada müqayisə etmək olar ki, bu da çox acınacaqlı bir durumdur. Səbəb isə Qərblə Rusiya arasındakı mövcud siyasi prinsip məsələsidir”.

Politoloqun fikrincə,Qərb Rusiyanın təhdidlərini müəyyən dərəcədə qəbul edəcək:

“Çünki Rusiyanın yeni nüvə silahlarına qarşı heç kim biganə qala bilməz və bu, çox güclü bir təhdiddir. O biri tərəfdən isə çox güman ki, ABŞ da Rusiyaya qarşı sanksiyalarını davam etdirəcək. Bir sözlə, Putinin son çıxışı beynəlxalq arenada mövcud geosiyasi gərginliyə yeni bir təkan verəcək”.

Qeyd edək ki, Vladimir Putin 1 martda Rusiyanın ən yeni və analoqu olmayan silahlarını təqdim edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam