Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NATO, RUSİYAYA HÜCUMA KEÇMƏLİDİR!

rasmussen

“Nəyə görə NATO, Moskvanın niyyətlərinə qarşı münasibətdə illuziyaya qapılmamalıdır”

Xeberinfo.com:  NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen HATO-Rusiya münasibətlərinin hazırki vəziyyətinə dair maraqlı məqalə ilə çıxış edib. “AzPolitika” ABŞ-ın “Newsweek” nəşrində dərc olunan məqalənin tərcüməsini təqdim edir.

Bu cümə və şənbə günləri NATO liderləri alyansın potensialının möhkəmləndirilməsi və onun şərq cəbhəsindəki iştirakını gücləndirmək yolunda yeni addımların atılması üçün Varşavada görüşəcəklər. Bu görüş həm də revanşist Rusiyasına Qərbin münasibətinin tərkib hissəssidir.

Varşava sammitinin uğurlu nəticəsi NATO-nun müttəfiqlərinin sakitləşməsinə kömək edəcək və eyni zamanda da, bizim hamımızın siyasi qeyri-müəyyənlik və qənaət rejimindən əziyyət çəkdiyimiz bir vaxtda, Qərbin mənəvi vəziyyətini, onun döyüş ruhunu möhkəmləndirəcək.

2014-cü ildə Uelsdə keçirilən sammitdə Qərbin Rusiyaya yeni tərz yanaşması, Krımın qanunsuz ilhaqına qarşı cavab oldu. İlk planda Qərb həmişə qətiyyət, əzm və önləyici tədbirlər irəli sürür. 2014-cü ilədək isə NATO-nun siyasətində başlıca yeri Rusiya ilə dialoq və əməkdaşlıq tuturdu.

Biz, Moskvanın niyyətlərinə qarşı illuziyaya qapılmamalıyıq. Rusiya ilə sərhəddi olan qərbpərəst dövlətlərə qarşı yönəlmiş qorxutma və təxribatçı hərəkətlərin arxasında ideyalar toqquşması dayanır. Bir tərəfdə – qanunun hakimiyyəti qarşısında hesabat verən məmur aparatı, əksəriyyətin rəğbət bəslədiyi demokratik seçkilər, digər tərəfdə isə, hökmdarlarının ambisiyaları naminə, öz vətəndaşlarını qurban verməyə hazır olan cilovlanmayan bir dövlət durur. Lakin bu toqquşma təkcə Rusiya ilə qonşuluqda baş vermir.

Moskva, nəzərlərini açıq şəkildə İkinci Dünya Müharibəsindən sonra bizim inandığımız və etibar etdiyimiz beynəlxalq liberal qydaların və Qərbin birliyinin zəifəlməsinə tuşlayıb. Biz bunu Avropada müşahidə edirik. Rusiya müttəfiqlərimizi parçalamaq üçün enerji resurslarından bir vasitə kimi istifadə etmək yolunu tutub. Biz bunu, həmçinin dövlət tərəfindən maliyyələşən “Russia Today” televiziya kanalının Avropa Birliyi və ABŞ arasındakı ticarət müqaviləsi barəsində (Transatlantik ticarət və investisiya əməkdaşlığı) dezinformasiya yaydığı zaman da görürük. Kreml, gələcəyin yaradıcılıq və rifah mənbəyini zəiflətməyə cəhd göstərir. Rusiya Avropa Birliyinin buraxılmasına çağırışlar edən siyasi partiyaları dəstəkləyir. Prezident Putinin dünyada “Brexit”i alqışlayan çox nadir və bəlkə də, yeganə lider olması heç kimi təəccübləndirməməlidir.

Avropalı müttəfiqlər öz həyat tərzimizi qorumaqdan ötrü, NATO–nun birlik potensialının və alyansın dostlarını müdafiə etmə prinsiplərinin, Rusiyaya qarşı yönəldilmiş iqtisadi sanksiyalara çəkilmiş məsrəfdən daha vacib olduğu qənaətinə gəlməlidirlər. Biz, öz daxili siyasi məqsədləri naminə Kreml tərəfindən qızışdırılan münaqişlərdə gərginliyə cəhd göstərməməliyik. Amma buna baxmayaraq, biz pis davranışlarla da razılaşa bilmərik. Mən belə deyərdim: NATO–nun müttəfiqləri Rusiya ilə mümkün ola biləcək yerdə əməkdaşlıq etməli, lazım gəldiyi yerdə isə Rusiyaya qarşı dayanmalıdırlar.

Varşava sammitində transatlantik müttəfiqlər, ikinci Minsk müqaviləsinin şərtləri yerinə yetirilməyincə, Rusiyaya qarşı sanksiyaları tam gücü ilə dəstəkləyəcəkləri barəsində yenidən bəyanat verməlidirlər. Əgər Avropa sanksiyaları saxalmazsa, onda qorxutmaq taktikasından istifadə edən Rusiyaya qarşı yönəlmiş NATO-nun hərbi səyləri zəifləyəcək. Çünki iqtisadi sanksiyalar və önləyici hərbi tədbirlər – bir medalın iki üzüdür.

Bəllidir ki, Britaniyanın AB-dən çıxmaq qərarı Qərbin birliyinə zərbə deməkdir. Bunun nəticələrini minumuma endirmək üçün, Birləşmiş Krallıq özünün Ümumi Daxili Məhsulunun iki faizini müdafiə xərclərinə yönəltmək öhdəliyini yerinə yetirməli və eyni zamanda da Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların saxlanılmasına razılıq verməlidir.

Sammitdə müttəfiqlər alyansın gücünün böyük bir hissəsinin şərqə tərəf – NATO-nun şərqdəki üzvlərinin ərazisinə keçirmək barəsində qərar qəbul etməlidirlər.Rusiya özünü təcavüzkar aparana qədər, daimi qalmaq şəti ilə alyans özünün yerüstü, hava və dəniz güclərini Pribaltika ölkələrində, Polşa, Rumıniya və Bolqarıstanda yerləşdirməlidir.

Mən hesab edirəm ki, alyans raket əleyhinə müdafiənin kollektiv inteqrasiyasını işləyib hazırlamalı, kibernetik potensialı təkmilləşdirməli, lazım gəldiyi anda passiv müdafiədən aktiv xarakteli hücuma da keçməlidir.
ABŞ öz üzərinə düşən yükü aparmaqda davam etməlidir. NATO müttəfiqlər arasındakı möhkəm bağlara söykənməklə və ABŞ-ın siyasi–hərbi imkanlarından yararlanaraq, dünyanın ən inkişaf etmiş və yüksək rifaha malik regionunda sabitliyi təmin edir.

Varşava sammiti – dostlarımızın və qonşularımızın necə qorxudulmasını sakitcə izləməyəcəyimizi, öz vaxtında hamıya nümayiş etdimək imkanıdır. Moskvaya qarşı münasibətdə qətiyyətsizlik və pərakəndəlik, yalnız onun öz “maraq dairəsi”ni saxlamaq naminə qonşularının işinə müdaxilə etmək kimi mənəviyyatsız fikrlərini möhkəmləndirə bilər.

Rusiyanın davranışlarına qarşı Uels sammitində NATO-nun işləyib hazırladığı mövqe təsir göstərməyənə qədər, alyans öz qətiyyətini daha uzunmüddətli vaxta kimi nümayiş etdirməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam