Redaktor seçimi
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Günün xəbəri

Yaralı polis rəisi Bakıya gətirildi

Yaralı polis rəisi Bakıya gətirildi

 

Ağdaş rayonunun Xosrov kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan Ucar Rayon Polis Şöbəsinin rəisi təcili Bakıya gətirilib

 

Yenixeber.org: Ağdaş rayon Təcili Tibbi Yardım şöbəsindən Axar.az-a verilən məlumata görə, qəza nəticəsində qolları sınan və döş qəfəsi əzilən Ucar Rayon Polis Şöbəsinin rəisi Etibar Abdıyev dünən yerləşdirildiyi xəstəxanadan təcili Bakıya göndərilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilən polis rəisi qəzadan sonra Ağdaş rayon Təcili Tibbi Yardım şöbəsinə gətirilsə də, sonradan reanimasiya şöbəsinə keçirilib.

Qeyd edək ki, dünən saat 11:00 radələrində 90 AP 222 dövlət nömrə nişanlı, “Nissan” və 12 BE 706 dövlət nömrə nişanlı, VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində qəza baş verib. Nəticədə Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.

Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?