Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda ağır qəza

 

Hadisə nəticəsində “BMW”nin sürücü və avtomobildəki sərnişin xəsarət alıb
 
 "Xeberinfo.com": Bakının Neftçilər prospektində, dəniz vağzalının qarşısında yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “SHACMAN” markalı yük maşını, “BMW” və “Nissan” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb. 
İlkin məlumata görə, “SHACMAN” markalı yük maşını Neftçilər prospekti ilə hərəkətdə olarkən “BMW” ona çırpılıb. Toqquşmadan sonra “BMW” prospektlə hərəkətdə olan “Nissan”a dəyib. Hadisə nəticəsində “BMW”nin sürücü və avtomobildəki sərnişin xəsarət alıb. Yaralılara hadisə yerində olan təcili tibbi yardım briqadasının həkmləri tərəfinlən yardım göstərilib və onlar ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. “BMW”nin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.
Qəzadan sonra bir müddət Neftçilər prospektində avtomaşınların sıxlığı da müşahidə edilib. Polis əməkdaşlarının müdaxiləsindən sonra isə yolda hərəkəti qaydaya salmaq mümkün olub. 
Qəzanın baş vermə səbəbləri isə Səbail rayon polis idarəsi araşdırılır. Artıq qəzanın iştirakçısı “SHACMAN” markalı yük maşınının sürücüsü ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam