Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda kimlər hərbi toplanışa çağrıla bilər?

 

Müdafiə Nazirliyi sifariş verəcəyi halda ehtiyatda olan hərbi vəzifəli şəxslər hərbi toplanışlara çağırılacaqlar.

  "Xeberinfo.com": Trend-in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) bildiriblər ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. 

Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir: "Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. 

Hərbi vəzifəlilər toplanışa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir. Müvafiq qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər".

 Xatırladaq ki, bu ilin iyul ayının ilk ongünlüyündə Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində keçirilmiş irimiqyaslı təlimlərinə Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq, SHXÇDX-nin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli şəxs çağırılaraq təlimlərə qatılmışdı. Həmin şəxslərin hərbi uçot məsələləri ilə bağlı tədbirlər təşkil edilmiş, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış dövrü üçün planlar dəqiqləşdirilmiş, yaradılması nəzərdə tutulan yeni hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi və çatışmayan heyətlə tam komplektləşdirilməsi qarşılıqlı şəkildə və yüksək səviyyədə həyata keçirilmişdi. 

Eyni zamanda, təlimlərə ehtiyatdan cəlb edilmiş hərbi vəzifəlilərlə döyüş hazırlığı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsi, silah və hərbi texnikadan istifadə qaydaları mövzusunda təlim-məşqlər keçirilmişdi. 

SHXÇDX-dən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyi sifariş verəcəyi halda ehtiyatda olan hərbi vəzifəli şəxslərə bundan sonra da hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırışlar olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam