Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Səfərbərlik Xidmətindən "Sabiq nazir" haqqında açıqlama

 

 Son günlər ölkə mətbuatında Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin ölkəni tərk ertməsi barədə məlumatlar yayılıb

"Xeberinfo.com":  Yayılan xəbərlərdə qeyd olunub ki, S.Əbiyev Çexiyada vətəndaşlıq alıb. Eks-nazirin qayını ötən gün bu məlumatları təkzib edərək S.Əbiyevin Azərbaycanda olduğunu bəyan edib.
Hərbi sirr daşıyıcısı olan S.Əbiyevin yaşayış yerini dəyişməsi ilə bağlı azvision.az-ın sorğusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən rəsmi cavab verilib.
SHXÇDX-nin mətbuat xidmətindən bildirilib ki, istənilən hərbi vəzifəli yaşayış yerini dəyişdirməsi ilə bağlı Xidmətin yerli idarə, şöbə və bölməsinə məlumat verməlidir: “Hərbi vəzifə və Hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin, 2-ci bəndinə əsasən hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyyatdan çıxmalı və olduqları yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Bura ehtiyata buraxılan hərbçilər də daxildirlər. İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən, hərbi vəzifəlilərin və çağırışçıların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hərbi uçot qaydalarını pozmasına, habelə çağırış üzrə hərbi komissarlığa üzürlü səbəblər olmadan gəlməməsinə və ya hərbi uçotda durduğu uçot orqanına yaşayış yerinin ünvanının, təhsilinin, iş yerinin və vəzifəsinin dəyişməsi haqqında məlumatları vaxtında bildirməməsinə görə xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
Səfər Əbiyevin xaricdə vətəndaşlıq alması ilə bağlı biz heç nə deyə bilmərik. Hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra 7 gün müddətində SHXÇDX –nın yerli idarə və bölmələrinə gələrək yaşayış yeri üzrə hərbi qeydiyyata alınmalıdırlar.
Vətəndaşlıqdan çıxma məsələsi SHXÇDX-nin səlahiyyətinə daxil deyil. Bununla digər dövlət strukturları məşğul olurlar. Həmin şəxs müvafiq orqanlara vətəndaşlıqdan çıxmaqla bağlı müraciət edir. Bundan sonra həmin orqandan bizə o şəxsin Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı məlumat daxil olur. Nəticədə SHXÇDX həmin şəxsi hərbi qeydiyyatdan çıxarır".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam