Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Deputatın oğlunun həlak olan modelə “Jeep” bağışladığı məlum olub

Deputatın oğlunun həlak olan modelə “Jeep” bağışladığı məlum olub

 

Ötən həftə FHN criminal.az saytının rəsmi sorğusunu cavablandırarkən 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində dənizə düşərək həlak olan model Günel Mirzəyevanın olduğu yaxtada millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun da olduğunu təsdiq edib. Sorğuya cavabda yaxtanın H.Axundova məxsus olduğu da bildirilib

 

Yenixeber.org: Bunun ardınca açıqlama verən E. Axundova deyilənlərin yalan olduğunu bildirib.

Criminal.az saytı mərhum Günel Mirzəyeva ilə Həbib Axundovun əlaqəsinin olmasını təsdiqləyən digər bir faktı da aşkar edib. Sayt yazır ki, G.Mirzəyevanın müəmmalı ölümünə qədər idarə etdiyi “Jeep Wrangler” markalı,  Az 90 LL 333 nömrə nişanlı avtomobil də Həbib Axundovun olub.

Baş Dövlət Yol Polis İdarəsindən əldə edilən məlumata görə, Həbib Axundov qara rəngli “Jeep Wrangler”markalı avtomobili 2013-cü ilin dekabrında ipoteka yolu ilə alıb. Həmin vaxt avtomobilə Az 90 RR 111 nömrə nişanı da alınıb. 2013-cü ildən 2015-ci ilə qədər avtomobilin nömrə nişanı dəfələrlə dəyişdirilib, nişanda əsasən 111 sonluğu saxlanılıb. 2015-ci ilin avqustunda avtomobil H.Axundovun adından etibarnamə ilə G.Mirzəyevaya sürməyə verilib. Maşının üzərindəki Az 90 GS 111 nömrə nişanı həmin ilin dekabrında Az 90 LL 333 nömrəsinə dəyişdirilib. G.Mirzəyeva dünyasını dəyişənə qədər idarə etdiyi “Jeep Wrangler”markalı, Az 90 LL 333 nömrə nişanı avtomobilin üzərində olub.

Sayt yazır ki, Sabunçu Rayon Prokurorluğunda G.Mirzəyevanın ölüm faktı ilə bağlı başlanmış cinayət işinin hazırda hansı mərhələdə olması bilinmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam