Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tibb Universitetinin tələbələri üçün- VACİB XƏBƏR

Tibb Universitetinin tələbələri üçün

 

Bu ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) I kurslarının tədrisində yeni sistem tətbiq olunur. ATU-nun rektoru, professor G.Gəraybəylinin əmrinə əsasən, I kurs tələbələri artıq ilkin tibbi yardım dərslərini mulyajlar vasitəsilə praktiki bacarıq formasında keçəcəklər

 

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yeni sistem tələbələrin praktiki biliklərini artırmasına yardımçı olacaq, onların praktiki tibbi fəaliyyətlərə yiyələnməsinə müsbət təsir göstərəcək. Layihə bu ildən pilot layihə kimi tətbiq edilir. Pilot layihəsi çərçivəsində I kurs tələbələrinə əsas 9 bacarıq - “CPR (ürək masajı), Hemlix manevrası (nəfəs tıxılması nəticəsində qarının üstünü basma bacarığı), aseptika, antiseptika qaydaları və sarğıların qoyulması, qanaxmaların dayandırılması, nəbzin, tənəffüsün və arterial təzyiqin ölçülməsi, iynələrin vurulması (əzələ və vena daxili), sınmış və çıxığı olan xəstələrə ilk yardım, şinaların qoyulması, belə xəstələrin daşınma qaydaları və nəhayət, dəm qazı ilə zəhərlənmiş, yanmış insanlara ilk yardımın göstərilməsi öyrədilir.

Amerika Ürək Assosiasiyasının tərtib etdiyi protokola əsasən, tibbi təhsil alan tələbələrə öyrədilməsi vacib sayılan məsələ onlara vaxtında, korrekt və dəqiq şəkildə ilk yardımı göstərə bilməyi öyrətməkdir. Çünki bu yardım vaxtında olmazsa, xəstədə beyin ölümü baş verə bilər.

Beyin ölümü ilə klinik ölüm arasında 3-4 dəqiqə vaxt var. Bu zaman ərzində tələbələr pasiyentin xilası üçün əlindən gələni etməyi bacarmalıdırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam