Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tibb Universitetində daha bir şöbə açılacaq





Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatları icra olunacaq şöbə fəaliyyətə başlayacaq. 

  "Xeberinfo.com": Universitetin mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, bu haqda ATU-da, Türkiyədəki Amerikan Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, bu mövzu hazırda ölkəmizdə gündəmdədir və süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur.

Türkiyədən təşrif buyuran nümayəndə heyətinin rəhbəri, prof. Dr. Bülent Urman ATU-da yalnız tüp bebek (süni mayalanma) əməliyyatlarının keçirilməsi yox, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb. Türkiyəli professorlar tərəfindən doğuşla bağlı mütəxəssislərin rezidentlərə mühazirə söyləməsi haqqında təklif də səsləndirilib.

Görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2015-ci ilin əvvəlindən etibarən süni mayalanma şöbəsinin yaradılması haqda ilkin razılıq əldə olunub. 

Qonaqlar artıq klinikadakı şəraitlə tanış olduqlarını, burada yüksək keyfiyyətli əməliyyatların aparılması üçün hər cür şərait olduğunu vurğulayıblar. İki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair sazişin hazırlanması qərara alınıb.

Görüşdə həmçinin ATU-nun Tədris Cərrahiyyə klinikasının direktoru Hacıqulu Bağırov, klinikanın baş həkimi Asiman Həsənov, ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov da iştirak ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam