Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

 

 

Yenixeber.org: Dekabrın 18-də Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva qış imtahan sessiyası ərəfəsində 1-ci kurs tələbələri ilə görüş keçirib.

Görüş zamanı professor Nurlana Əliyeva dövlətin təhsil siyasətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə qayğısından, tələbələr üçün hər cür şərait yaradılmasından, universitetlə bağlı nəzərdə tutulmuş mühüm layihələrdən söz açıb. Rektor bu gün yeraltı sərvətlərimizin insan kapitalına çevrilməsi istiqamətində ciddi işlər getdiyini bildirib. O, tələbələrə müraciət edərək Azərbaycan dövlətçiliyinin keşiyində durmağı, öz elmi potensialları ilə respublikamızın adını ucaltmağı tövsiyə edib.

Rektor gənclərin milli–mənəvi dəyərlərə ehtiramla yanaşmanın önəmini qeyd edərək gənclərimizi ölkəmizin adını və nüfuzunu aşağı salmağa çalışan bədxahların təbliğatına uymamağa çağırıb. O, Azərbaycan gənclərinin ana dilini, ölkəmizin tarixini, mədəniyyətini, ədəbuiyyatını dərindən öyrənməsini tövsiyə edib. Ölkə gənclərimizin vətənpərvər ruhda yetişməsində, yüksək təhsil almasında dövlətin gənclər siyasətinin xüsusi önəmini qeyd edən rektor onları da öz hərəkət və davranışlarında nümunəvi olmağa çağırıb.

N.Əliyeva tələbələrə düzgün peşə seçməyin əhəmiyyəti barədə, eyni zamanda onların asudə vaxtlarını səmərəli keçrmələri üçün bir sıra tövsiyələr verib. O bildirib ki, müasir texnologiya əsrində yaşayan gənc nəsilin texnologiyadan düzgün yararlanması, vətənə yeni töhfələr verməyə can atması, dövlətin həyata keçirtdiyi əhəmiyyətli layihələrdə fəal iştirak etməsi gənclər üçün yaradılan münbit şəraitin göstəricisidir. Azərbaycanın bir çox alimlərinin dünya səviyyəsində tanınmasını xüsusi vurğulayan Nurlana Əliyeva Bakı Slavyan Universitetində gənclərin inkişafı üçün beynəlxalq səviyyədə, o cümlədən dövlət səviyyəsində həyata keçirilən layihələrdən də söhbət açıb.

Universitet daxilində nizam-intizam qaydalarına əməl etməyin hər bir tələbənin qarşısında duran əsas vəzifələrdən biri olduğunu deyən Nurlana Əliyeva qarşıdan gələn qış imtahan sessiyası barədə tələbələrə məlumat verib. Rektor bildirib ki, Bakı Slavyan Universitetində perspektivə yiyələnməyin əsas və yeganə meyarı bilikdir. İmtahanlar zamanı universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apellyasiya komissiyasının işindən danışan rektor qeyd edib ki, imtahanlarda obyektivlik və şəffaflıq tam qorunur, münaqişəli məsələlər yerindəcə həll edilir.

İmtahanlardan yüksək qiymətlərlə, kəsirsiz çıxmaları üçün tələbələrin öhdəsinə düşən yeganə işin dərslərə yüksək səviyyədə hazırlaşmaqdan ibarət olduğunu deyən rektor onlara sessiya imtahanlarında uğurlar arzulayıb.

BSU-nun Mətbuat Xidməti

 

BSU rektoru birinci kurs tələbələri ilə görüşüb

BSU rektoru birinci kurs tələbələri ilə görüşüb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam