Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MM-in payız sessiyasında ilk iclası keçirilib

 

 

Bu gün Milli Məclisinin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

 

 Yenixeber.org: İiclasda komitə sədri Eldar İbrahimov komitənin 2017-ci il yaz və növbədənkənar sessiyasının yekunlarına dair gördüyü işlər barədə məlumat verərək fəaliyyətlərini qənaətbəxş hesab edib. Onun sözlərinə görə, bu ilin yaz və növbədənkənar sessiyası çox məhsuldar keçib: "Yaz sessiyasında komitə tərəfindən 7 iclas keçirilib. Bu iclaslarda 17 məsələ müzakirə olunub, bunlardan 15-i Milli Məclisin plenar iclasına tövsiyə edilib. Milli Məclisin plenar iclasında 14 qanun layihəsinə dəyişiklik qəbul edilib".



Yaz sessiyası dövründə Aqrar siyasət komitəsinə 59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 38 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 21 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb. Dövlət idarə, təşkilat və orqanlarına göndərilən ərizələrdən 29-u torpaq məsələləri, digər 9 ərizə isə sosial, işsizlik, qanunvericilik, məhkəmə və qəbulla bağlı məsələlərlə əlaqədar olub.
 

Komitənin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə də məlumat verən E.İbrahimov bildirib ki, bu payız sessiyası da məhsuldar olacaq.

Qeyd edək ki, Aqrar siyasət komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, eləcə də “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri müzakirə edilib.

 

Layihələr plenar iclasa tövsiyə olunub.

 

Lent.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam