Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Nar” rominqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirməyə davam edir

“Nar” rominqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirməyə davam edir

 

Mobil operator rominqdə 4G xidmətindən istifadənin mümkün olduğu ölkələrin sayını artırıb

 

Xeberinfo.com:   “Nar” rominqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirməyə davam edir. Belə ki, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Serbiya, Rusiya və Omandan sonra “Nar” istifadəçiləri artıq Albaniya, Çexiya, Gürcüstan, İsrail, Cənubi Koreya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Portuqaliya, Tayvan, Türkiyə, BƏƏ və Böyük Britaniyada da 4G-rominq xidmətindən yararlana bilirlər. Qeyd edək ki, rominqdə olarkən 4G xidmətindən istifadəyə görə əlavə ödəniş tətbiq edilmir.    

Hazırda “Nar” rominq xidməti dünyanın 172 ölkəsində aktivdir. “Nar” operatorunun rominq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, “Nar” nömrələrində rominq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, “Nar” nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.

 

 

Rominq xidmətindən istifadə və 4G şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam