Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

“Elektron təhsil” müsabiqəsinin qalibləri müəyyənləşdi -“Nar”dan dəstək

“Nar” rominqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirməyə davam edir

 

Xeberinfo.com:   “Nar” tərəfindən dəstəklənən ənənəvi “Elektron təhsil” respublika müsabiqəsinin müəllim, şagird və məktəb istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə artıq ekspertlər tərəfindən baxılmış, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 325 layihə nominant müəyyən edilmişdi. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndirilərək nominantlar arasından qaliblər seçildi. 

 

Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadə etməyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.       

 

Müsabiqə “Nar”, “Dr.Web”, “AzEduNet”, “Ultra”, Təhsildə İnnovativ Texnologiyalar, Əlavə Təhsil Mərkəzi və “Edumedia Azərbaycan” tərəfindən dəstəklənməkdədir. Elm və təhsilin inkişafına davamlı dəstək verən “Nar” bu il də ənənəvi olaraq “Elektron təhsil” respublika müsabiqəsinin əsas tərəfdaşlarından oldu.  

Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “Nar” ölkənin ictimai həyatında aktiv iştirak edir, sosial məsuliyyət hissi ilə elm, təhsil, mədəniyyət və idman sahələrini əhatə edən müxtəlif layihələrə dəstək olur. 

 

“Nar” KSM strategiyası haqqında əlavə məlumatı nar.az internet səhifəsindən almaq olar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam