Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Ucar rayon Notariat Kontorunun rəisi saxta sənəd tərtib edib”

09

Xeberinfo.com:  Ucar rayonu Zərdabi küçəsi döngə 3, ev 25 də daimi qeydiyyatda olan, hazırda isə Bərdə rayonun Mollalı kəndində yaşayan 2-ci qrup əlil Mustafayev Azər Ağamirzə oğlu “AzPolitika.info”ya şikayət məktubu göndərib. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə təqdim edirik:
“Ucar rayon Notariat Kontorunun rəisi Elman Cəlalov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənə məxsus evin satılmasına dair saxta alqı-satqı müqaviləsi tərtib edib.

Belə ki, Muradova Çinarə Muradxan qızı ilə 04 dekabr 1999-cu il tarixdə bağlanmış nigah müqaviləsinə Ucar rayon məhkəməsi tərəfindən 16 fevral 2011-ci il tarixdə xitam verilmişdi. Çinarə Muradova ilə birgə nigahdan iki övladımız olmuşdur. Birgə nigah zamanı torpaq götürüb 3 otaqlı ev tikdirmişdim ki, həmin evin yarı hissəsi mənim yarı hissəsi isə onun idi.
Belə razılığa gəldik ki, evi Çinarə Muradovaya verirəm və məndən aliment tələb etməyəcək. Buna görə Çinarə Muradovanın ərizəsi əsasında Ucar rayon Məhkəməsi 28 mart 2011-ci il tarixdə qərardad çıxartdı.
Sonra mən, Çinarə və onun atası ilə Ucar rayon Notariat kontoruna getdim. Orada mənə vərəqlərə imza etdirdilər.
Bundan sonra mən başqa şəxslə ailə həyatı qurub Bərdə rayonun Mollalı kəndində yaşamağa başladım. Bundan 3 il sonra Çinarə Muradova Ucar rayon Məhkəməsində iddia qldırıb, uşaqlara aliment verilməsini məndən tələb etdi.
Mən məhkəmədə bildirdim ki, bizim razılığımız var, mülkiyyətimdə olan Ucar rayon Zərdabi küçəsindəki 3 otaqlı evimi ona vermişəm ki, aliment ödəməyim və buna dair Ucar rayon məhkəməsinin 28 mart 2011-ci il tarixli qərardadı var. Ancaq məhkəmə bunu nəzərə almadı. Həmçinin apellyasiya və Ali Məhkəmə də bunu nəzərə almadı. Bu ciddi qanunsuzluqdur.
Mən də elə bilirdim ki, həmin evi bağışlama müqaviləsi ilə Çinarənin adına sənədləşdiriblər. Sonradan bu yaxınlarda bilmişəm ki, Çinarənin atası Muradxan Ucar rayon Notariat kontorunun rəisi Elman Cəlalovla əvvəlcədən danışıb razılaşıb, mənim savadsızlığımdan sui-istifadə edib.
Saxtakarlıq yolu ilə alqı-satqı müqaviləsi tərtib edib, mənə imza etdirmişdilər. Guya mən həmin evi Çinarəyə 8000 manata satmışam.
Bu qatı cinayət əməlidir ki, Ucar rayon notariusu Elman Cəlalov törətmişdir. Sual olunur, əgər mən məhkəmə qərardadı ilə evi aliment verməmək müqabilində Çinarə Muradovaya verirəmsə, bundan sonra nəyə görə ona həmin evi satmalıyam?
Həmçinin aliment tələb edən zaman nəyə görə Çinarə Muradova ifadəsində göstərməyib ki, evi ona alqı-satqı müqaviləsi ilə satmışam?
Çünki bu alqı-satqı müqaviləsi tam saxtakarlıqla edilmişdir ki, buna görə Ucar rayon notariusu Elman Cəlalov məsuliyyətə cəlb edilməlidir.
Mən bu barədə məhkəmədə iddia qaldırmaqla yanaşı, notarius Elman Cəlalovun saxtakarlığı barədə mərkəzi orqanlara şikayətlər etmişəm. Mətbuat vasitəsi ilə də ölkə rəhbərliyinə, ədliyyə naziri cənab Fikrət Məmmədova, Qeydiyyat və Notariat baş İdarəsinin rəisi cənab İlqar Məmmədova müraciət edib, xahiş edirəm ki, notarius Elman Cəlalovun barəsində qanuni tədbirlər görəsiniz”.

P.S. Məktubda adları çəkilən şəıxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam