Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Kasıb korun prezidentə müraciəti

 

Ucar rayon əhalinin sosial müdafiə mərkəzinin müdiri Elxan Rəhimov vətəndaşları alçaldır

 

“Xeberinfo.com”:   Redaksiyamızın elektron ünvanına Ucar rayon Qazian  kənd sakini 1- ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlunun dövlət başçısına və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciəti daxil olub. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik.

 

“Mən Qədirov Rafiq İsrayıl oğlu Ucar rayon Qazian  kənd sakini 1- ci qrup gözdən əlil vətəndaş kimi mətbuatla ölkə prezidenti İlham Əliyevə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edərək onlardan xahiş edirəm ki, mənim səsimi eşitsinlər. 

Neçə illərdir ki aldığım travmadan gözlərim görmə qabiliyyətini tamam itirmişdir və uzun illərdirki dünya işığına həsrətəm.  Mən kasıb və sosial problemlər içində dərdlərimlə mübarizə aparan bir insanam . İki övladım vardı, biri kasıblıqdan müalicəsi düzgün aparılmadığı üçün vəfat etdi . Neçə müddətdir ki, mən Ucar rayon Sosial Müdafiə Mərkəzinə gedirəm və o idarənin müdiri Elxan Rəhimovun qəbuluna düşmək Səlim Müslümovun qəbuluna düşməkdən çətindir. Bir ay dayanmadan o idarəyə dəfələrlə getdikdən sonra axırı Elxan müəllim məni qəbul etdi və ondan xaiş etdim ki, mənə Baki Şəhərində Korlar Cəmiyyətində deyiblər ki, gözdən əlillərə yardım verilməsi üçün sənədlər hazırlayıb təqdim etməliyəm, xahiş edirəm həmin sənədləri hazırlamaqda idarəniz köməklik etsin . Cavabında isə Elxan müəllim bildirdiki sənə lazımdısa mən beş manat çay pulu verim, get evinə mənim işim gücüm var, boş-boş şeydən ötrü məni narahat etmə . Dilənçilərin müdafiə mərkəzi deyil bu idarə.

Elxan Rəhimov Ucar Sosial Müdafiə Mərkəzinə gəldikdən sonra aldığım sosial yardım azaldıldı . Bundan əlavə mən birinci qrup əlil olduğum üçün mənə baxılması üçün qəyyumun və himayəçinin təyin edilməsi üçün müayinə aktının tərtib edilməsi üçün müraciətimi isə Elxan Rəhimov cavabsız qoymuşdur.

 

Birinci qrup əlil,  iki gözü görməyən,  sosial problemlər içində boğulan kasıb vətəndaş kimi, ölkə rəhbəri İlham Əliyev sizdən xahiş edirəm ki Ucar Rayonu Sosial Müdafiə Mərkəzinə təyin edilmiş Elxan Rəhimov haqda ciddi tədbir görəsiniz o insanın işi gücü idarədə mənim kimiləri ələ salmaqla məşğul olmaqdır. 

 

Azaldılmış sosial yardımım yenidən əvvəl neçə manat alırdımsa  bərpa edilsin. Mənə baxılması üçün qəyyumluğun müayinə aktın tərtib edilməsinə yardım edilsin və Gözdən Əlillər Cəmiyyətindən müəyyən yardım almağım üçün sənədlərin hazırlanmasında mənə köməklik edilsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam