Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bələdiyyə sədrindən şikayət

772160_438681

Xeberinfo.com:   Göyçay Rayonu Cəyirli kənd sakini Adıgözəlov Vahid Arif oğlu “AzPolitika.info”ya şikayət məktubu göndərib. Məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik.

“Göyçay rayonu Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev mənə məxsus 26 ha pay torpaq sahəsinin sənədlərini məhv edib. Buna görə reyestr çıxarışı ala bilmirəm. Bələdiyyə sədri Fuad Nəbiyevin məqsədi buna görə məndən pul almaqdır.

Mən bu barədə Əmlak Məsələləri Komitəsinin Ucar rayon şöbəsinə müraciət etdikdə bildirdilər ki, həmin yer sənindir. Ancaq buna görə bələdiyyə sənə sənəd verməlidir ki, dövlət qeydiyyatına alınıb, reyestr çıxarışı verilsin. Bələdiyyə sədri isə özbaşınalıq edib həmin sənədi mənə vermək istəmir. Məndən buna görə pul istəyir. Bu necə olur ki, öz qanuni torpağımı özümə satır?

Bu barədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olub şikayətimi bildirsəm də, heç bir tədbir görülmür. Çünki bələdiyyə sədri icra başçısına “haqq” verir, mən isə kasıb kəndliyəm. Buna görə də, sözüm keçmir. Qanun mənim tərəfimdə olsa da, haqsızlığa düçar olmuşam. Bildirirəm ki, aqrar islahatlar zamanı Cəyirli kəndində 26 ha torpaq sahəsi mənə verilmişdir. Ancaq indiyə qədər rüşvətxor bələdiyə sədrinin tamahına görə, həmin pay torpaq sahəmin sənədlərini ala bilmirəm.

Kəndlinin iş yeri, gəlir mənbəyi onun torpağıdır. Ancaq Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin qanunsuz əməlləri nəticəsində mən 26 ha. torpaq sahəmdən istifadə etməkdən məhrum edilmişəm. İki qardaş Cəyirli kəndini çapıb-talayırlar. Fuad Nəbiyevin qardaşı Fərhad Nəbiyev kəndimizin İcra nümayəndəsidir. Nəbiyevlər kəndi pis günə qoyublar. Özlərinin isə ölçüsü bilinməyən torpaqları var. Bələdiyyə sədri kəndin torpağını saxtakarlıqla satıb, talayıb.
Bu barədə Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadəyə, Göyçay Regional Ədliyyə Şöbəsinə müraciətlər etmişəm, ancaq heç bir tədbir görülmür.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm: Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən 26 ha. torpaq sahəmin şəhadətnaməsinin özümə qanuni qaydada verilməsinə köməklik edəsiniz.  Həmçinin  Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin barəsində qanuni tədbir görülməsini xahiş edirəm.”

P. S. Məktubda qeyd edilənlərlə bağlı Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin də mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam