Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

165 minlik “lombard” qalmaqalı

 

Xəbər verildiyi kimi, millət vəkili Rafael Cəbrayılov və ortağı Mirəhməd Abbasovun “Lombard” firmasının müdiri Məlahət Qurbanova və vətəndaş Osman Hacıyev arasında qalmaqal davam etməkdədir.

Xeberinfo.com:   Məlumata görə, Mirəhməd Abbasovun deputatın adı ilə götürdüyü 165 min manat pul geri qaytarılmayıb və qarşı tərəf bununla bağlı həm Baş Prokurorluğa, həm də mətbuata müraciət edib.

Maraqlıdır ki, M.Qurbanovanın açıqlamasından sonra M.Abbasov Vüqar Hümbətov adlı şəxsin dələduz və iş adamı olması barədə açıqlama verərək, bütün günahı onun üzərinə yıxmaq istəyib.

R.Cəbrayılovun sürücüsü olmuş və hal-hazırda da deputatın vaxtilə yaşadığı özünə məxsus Azadlqı prospektində yerləşən 47 saylı məktəblə üzbəüz 9 mərtəbəli binada yaşayan V.Hümbətov qurbanlıq seçilərək, bütün borclar onun üzərinə yıxılır. Nəticədə isə M.Abbasov özünü məsuliyyətdən qurtarmaq istəyir.

Halbuki, hazırda istintaq materialı olduğundan açıqlaya bilmədiyimiz dəlil-sübutlarla tanış olduqda bəlli olur ki, Mirəhməd Abbasov Məlahət Qurbanovanın rəhbərlik etdiyi “Lombard”dan 165 min manat məbləğində pulu Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək götürüb. Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan “Dərhal” MMC inşa etdirir. Bunu rəsmi sənədlər də təsdiqləyir.
Mirəhməd Abbasovun deputatın qardaşının rəhbərlik etdiyi MMC üzərindən dələduzluğu bununla yekunlaşmayıb. Belə ki, bir mənzili bir neçə nəfərə satmaqda mahir olan bu şəxs E.Cəbrayılovun imzası ilə “Dərhal MMC”nin Mehdiabad qəsəbəsində inşa etdirdiyi Binəqədi Gənclər Şəhərciyindən 117 kv.metrlik mənzili 52 min manata Osman Hacıyevə satıb. O.Hacıyev bildirir ki, “Lombard”dan pul götürən Mirəhməd Abbasovla münasibətləri iş prossesi zamanı yaranıb. Daha sonra M.Abbasov ona R.Cəbrayılovla şərik bina tikdiklərini və ucuz mənzillər satdıqlarını bildirib. Bu şəхsin səmimiyyətinə inanan zərərçəkən 52 min manat verərək “Dərhal MMC”dən bu mənzili alıb və tərəflər arasında 2012-ci ildə müqavilə imzalanıb.

Ancaq maraqlıdır ki, “Dərhal” MMC-dən mənzillərini tələb edənlər “gedin Miridən mənzilinizi tələb edin” cavabı alırlar. Bu isə bir daha Mirəhməd Abbasovun Cəbrayılovların adından qanunsuz işlər gördüyünü təsdiqləyir.
Maraqlıdır ki, Mirəhməd Abbasov Elşən Cəbrayılov adından rəsmi bu qədər qanunsuzluq etməsinə, Vüqar Hümbətovun imzası ilə Rafael Cəbrayılov əleyhinə iş aparmasına baxmayaraq, deputat hələ də onu müdafiə edir.
Bunu Baş Prokurorluqda baş verənlər də təsdiqləyir. Belə ki, üç ay öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bütün dəlillərlə birlikdə şikayət edilsə də, hələ də məsələ ilə bağlı cinayət işi açılmır. Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlarla bağlı dəstəyi birmənalı olsa da, prokurorluq sistemində çalışan bəziləri sahibkarları aldadan, dələduzluq edən Mirəhməd Abbasovu qoruyurlar.

Son iki ildə keçmiş MT naziri Eldar Mahmudovun və sabiq deputat Çingiz Əsədullayevin adından istifadə edən qrup bu gün də prokurorluq sistemində öz sözlərini deməyi bacarırlar. Elə Vüqar Hümbətov adlı sürücüyə Nəsimi rayon Polis İdarəsində cinayət işinin qaldırılması və bütün maxenasiyaların onun tərəfindən edildiyi fonunun yaradılması da deputat tərəfindən Mirəhməd Abbasovun qorunması anlamına gəlməkdədir.

Halbuki zərərçəkmişlər Abbasovun deputata qarşı birgə mübarizə təklifini qəbul etsəydilər, hazırda Cəbrayılovlar iki cəbhədə döyüşməyə məcbur qalacaqdılar. Yəqin ki, millət vəkilinin “Lombard” rəhbərliyi Mirəhməd Abbasovun deputata qarşı ittifaq təklifini rədd edəndən sonra Vüqar Hümbətovu zorla gətirərək, Rafael Cəbrayılov əleyhinə iltizam yazdırmasından xəbəri yoxdur. Orta savadlı və maaşa qulluq edən şəxsə hamının gözü önündə “nə deyirəm onu da yaz” deyərək, təlimatlar verməsinin şahidləri də var, yazılan iltizam da ortadadır.
Prokurorluq orqanı əməkdaşlarının köhnə həmkar təəssübkeşliyindən isə baş prokuror Zakir Qaralovun xəbərsiz olduğu da məlumdur. Çünki əks halda işin obyektiv baxışı olardı. Nəzərə alsaq ki, baş prokuror vətəndaşların hüquqlarının qorunması məsələsinədə həssas olmaqla yanaşı həm Mirəhməd Abbasovu, həm də Rafael Cəbrayılovu işdən azad edəcək qədər yaxşı tanıyır.

Hələ bir müddət öncə Rafael Cəbrayılov barədə yayılan məlumatlarda deyilirdi ki, deputat ilk dəfə 2005-ci ildə millət vəkili ola bilməməsinin günahkarı olaraq, Zakir Qaralovu görüb: “Onu Eldar Həsənovun adamı olduğu üçün məhz Qaralovun öncə Respublika Prokurorluğundan, daha sonra seçkilərdən uzaqlaşdırdığını iddia edirdi. Eləcə də, 2006-cı ildə parlamentə təkrar seçkilərdən qələbəsinin də həm də Zakir Qaralov üzərində qələbə olduğunu vurğulayırdı”. 

Saytda Rafael Cəbrayılovun Eldar Mahmudovla olan yaxınlığı barədə bu cümlələrə də yer verilib: “Onların bina tikintisi sahəsində olan iş ortaqlığı buna əyani sübutdur . Hətta Rafael Cəbrayılovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova o qədər məhəbbəti və bağlılığı olub ki, idarə elədiyi 2 “ Lexsus ” avtomobilinə 90 CU 009 və 90 ML 009 dövlət nömrə seriyalarını pərəstiş etmək səbəbindən əldə edib. (Kecmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudovun xidməti avtomobilinin nömrələri 90 AA 009 və 10 AA 009 )”.
Qeyd edək ki, deputat ilə bağlı bu məsələlər mətbuata ötürüldüyü zamanla Mirəhməd Abbasovun borclu olduğu şəxslərə Rafael Cəbrayılova qarşı birlikdə hərəkət etmək təklifini etməsi eyni zamana təsadüf edir.
Göründüyü kimi, ölkə başçısının dediyi kimi sahibkarlar istismar edilir, halal pulları əllərindən alınır, onlar öz haqqları uğrunda mübarizəyə başladıqları zaman isə çirkin iftiralara məruz qalırlar. Dünənə qədər prokurorluq sistemini ləkələyən və bu səbəbdən vəzifəsindən azad olunanlar həm sahibkarları talayır, həm də onları yerə borclu çıxarırlar. Lakin şikayətçilər Z.Qaralovun Mirəhməd Abbasov və havadarlarının oyunlarını pozacağına inanırlar.

7News.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam