Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Akademik borcu olmayan tələbə-attestasiyadan keçmiş sayılacaq

Akademik borcu olmayan tələbə attestasiyadan keçmiş sayılacaq
"Nazirlər Kabinetinin qərarına əsasən, əgər tələbə tədris planını tamamlayıbsa və akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq".
Yenixeber.org: Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, attestasiya tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən aparılacaq: “Bəzi ixtisaslarda buraxılış işinin müdafiəsi var ki, tələbə buraxılış işini universitetə təqdim etməlidir. Əgər tələbə buraxılış işini təqdim edib və ona təklif olunan ümumi orta müvəffəqiyyət göstəricisi onu qane etmirsə, onun hüququdur ki, universitetə müraciət etsin. Bundan sonra tələbə qiymətini yaxşılaşdırmaq üçün buraxılış işini müdafiə edə biləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam