attestat pulu, jurnalistlərə təhdid, başçıdan imdad...
İlbəil təhsil səviyyəsi aşağı düşən Ağdaşda yeni tədris ili başlanıb; Rayonda təzə dərs ili məktəblilərin sevincinə səbəb olsa da, valideynlərin ürəyindən qara qanlar axır...

Yenixeber.org: Ağdaş Təhsili çökmək üzrədir. Qəbul imtahanları 0%, digər göstəricilər isə ondanda pis vəziyyətdədir.


Ağdaş rayon sakinləri Xəbəral.az saytına bildiriblər ki,demək olar rayon təhsil şefi Hürü Əliyeva təhsilin inkişafına göstəricilərin yüksək olmasına çalışmaqdansa oğlu Rəhman Cəfərlinin şəxsi gəlir mənbəyi sayılan “Dilək” kurslarının inkişafına ciddi maraq göstərməkdədir.

Sayt yazıb ki, Ağdaş Təhsil şöbəsinin müdiri Hürü Əliyeva Təhsil Nazirliyindəki yüksək post tutan adamına arxayın olub kütləvi pul yığımları, məktəb direktorlarından maaş kartlarının tələbi, fond pulları, hər bir uşaqdan 3+5 manatdan aylıq müxtəlif işlər adından yığılan məbləğlər həm valideyinləri həm də rayon ziyalılarının ciddi narazılığına səbəb olur.

Dəfələrlə Mətbuata və Təhsil Nazirliyinə şikayətlər yazılı və şifahi məlumatlar verilsə də buna baxmayaraq Hürü Əliyeva və oğlu Rəhman Cəfərli Ağdaş Təhsilini özlərinə məxsus idarəçiliklə davam etdirirlər.

Ağdaş əhalisi onu da bildiriblər ki, dəfələrlə Hürü Əliyevanın Ağdaş təhsilini bazara çevirməsi barədə rayon icra başçısı Tofiq İbrahimova şikayətlər etsələr də rayon rəhbəri Hürü Əliyevanın özbaşınalığına göz yummaqdadır ya da ki, aciz qalıb.

Rayon ziyalılarının dediklərinə görə kim ki Ağdaş Təhsilindən harasa şikayət edir, Hürü Əliyevanın oğlu Rəhman Cəfərli dərhal həmin adamı tapıb hədə ilə cəzalandırır.Bu yaxında məhz bununla bağlı mətbuatda mütəmadi yazılar dərc olunmuşdu.

Buna misal olaraq Murad adlı gənc jurnalist Ağdaş təhsilinin özbaşınalığından yazı dərc etdiyinə görə telefonlaölümlə hədələnib amma nədənsə sonralar bu yazılar mətbuatdan yığışdırılıb.

Üstəlik, reportyor.info saytının rəhbəri Arifə Əliyeva da Ağdaş təhsili ilə bağlı yazıya görə polis adından təhdid olunurdu, yazını silməyi tələb olunurdu. Jurnalist daxili işlər nazirinə müraciət etmişdi. 

Ağdaş rayonunda da təhsilin durumu ürəkağrıdan həddədir. Çünki illər uzunu ayrılmış milyonlarla vəsaitin nəyə xərcləndiyi məlum deyil. Və ya məlum olduğu məktəblərin durumundan bəllidir.

Azinfo.tv saytı yazmışdı ki, Ağdaş məktəblərində məzunlara attestatların verilməsində də ciddi pozuntu halları olub. Belə ki, attestatların məbləği 100-150 manat civarında dəyişib və təkcə bu işdən kifayət qədər böyük məbləğ qazanılıb. 

Ağdaş Təhsil Şöbəsinin müdirinin daha bir qazanc mənbəyi isə dövlət büdcəsindən ayrılan vəsaitin müxtəlif adlar altında mənimsənilməsidir.

Bir müddət əvvəl elmvetehsil.com saytı yazmışdı ki, Hürü Əliyeva birinci sinifə gedən hər uşağın valideynindən 250 manat almağıtapşırıb. 

(http://elmvetehsil.com/index.php?newsid=250)

Yada salaq ki, reportyor.İnfo saytının baş redaktoru Arifə Əliyeva Qurban bayramı günlərində özünü polis kimi göstərməyə çalışan şəxs tərəfindən təhdid olunması ilə bağlı Daxili İşlər naziri, cənab Ramil Usubova müraciət edib.

Baş redaktor bir müddət əvvəl criminal.az saytına istinadən rəhbərlik etdiyi KİV-də Ağdaş Rayon Təhsil Şöbəsi müdirinin oğlu Rəhman Cəfərlinin həmin bölgədə fəaliyyət göstərən Murad Musayev adlı bir jurnalistlə arasındakı qalmaqala dair material dərc edib. A.Əliyevə DİN rəhbərinə müraciətində bildirib ki, ona zəng edərək və kimliyini açıqlamayan şəxs həmin yazıya görə təhdidlər yağdırıb.

“Ağdaş təhsil şöbəsi rəhbərliyi və onun oğlunun nədənsə qəfildən yadına düşüb ki, xeyli vaxt əvvəl istinadla təqdim olunan məqaləni sildirmək lazımdır.

Özünün polis kimi göstərməyə çalışan həmin şəxs Daxili İşlər Nazirliyinin nüfuzuna xələl gətirən addım ataraq məni həbslə hədələdi. 

Onun səs yazısı məndə var. Mənə açıq nömrədən zəng edən bu şəxs dərhal həmin yazını saytdan götürməyi tələb etdi.

Onun yanından radiostansiya ilə danışığın aparıldığına dair səslər də açıq eşidilirdi. Bəlkə də belə ab-havanı məndə xof yaratmaq üçün təşkil etmişdilər.

Həmin adam mənə deyirdi ki, criminal.az saytı bağlanıb və onun sahibi həbs olunubsa, niyə məlum yazı reportyor.info-da qalmalıdır?” 

Göründüyü kimi, belə əməllər sahibi Ağdaş təhsilinə rəhbərlik edir və gələcəyimiz olan uşaqları maarifləndirir.(cahan.info) 

Allah axırını xeyir eləsin və hər bir halda biz təhsil şöbəsi müdirinin açıqlamasını dərc etməyə hazırıq.