Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ağdaş təhsil sistemindən narazılıqlar səngimir

 

Son zamanlar respublikamızda təhsilin səviyyəsinin artırılması yönündə dövlət tərəfindən bir sıra təqdirəlayiq işlər görülür. Buna misal olaraq əyalət rayonlarında yeni tikilmiş və əsaslı təmir olunmuş məktəb və məktəbəqədər tədris müəssisələrini göstərmək olar. Ancaq buna baxmayaraq, bəzi rayonların təhsil şöbələrinin rəhbərləri özlərinin vəzifələrindən gəlir mənbəyi kimi istifadə edirlər.

"Xeberinfo.com":   Məlumatlara görə, Ağdaş rayon kənd məktəblərində dərsə davamiyyət yox dərəcəsindədir. Məlumatlı şəxs bildirir ki, yuxarı siniflərin bəzi şagirdləri var ki, illərlə məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapmaqdadır və ilin sonunda digər şagirdlər kimi attestat alırlar.

Mikayıl Cabbarov təhsil naziri təyin edildikdən sonra bölgələrin təhsil sistemində elə də ciddi islahatlar aparılmadı. Yəni sabiq nazir Misir Mərdanovun dönəmində vəzifəyə gələn bəzi Rayon Təhsil Şöbələrinin (RTŞ) müdirləri heç bir cəzaya məruz qalmadan işlərini davam etdirdilər. Qeyd edək ki, nazir dəyişəndə bəzi şöbə müdirləri əl-ayağa düşüb vəzifələrini itirəcəklərindən ehtiyat etmişdilər. Ancaq gənc nazirin əyalət təhsilinə istənilən səviyyədə diqqət ayırmaması nəticəsində bu sahədə mövcud olan problemlər öz aktuallığını qoruyub saxlamaqdadır. Ölkə rəhbərliyi tərəfindən regionlarda təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilsə də, fəaliyyəti başdan-başa qüsurla zəngin olan bəzi vəzifə sahibləri bu etimadı doğrultmurlar. Onlar yaradılan şəraiti düzgün qiymətləndirməyərək, bu sahəyə yad olan meyllərə müraciət edirlər. Bir çox rayonlar kimi, Ağdaş rayonunun da təhsil sistemi haqqında xoş sözlər söyləmək çox çətindir. Rayon Təhsil Şöbəsinin müdiri isə artıq bu vəzifədə sanki "əbədilik” qazanmış Lütvi Paşayevdir. Ağdaş rayon təhsil şöbəsinin müdiri Lütvi Paşayevin təmir adı ilə dövlət büdcəsindən ayrılan vəsaitləri başqa məqsədlər üçün istifadə etməsi barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatlara görə, rayonun təhsil sistemi gündən-günə iflasa uğrayır. 

Etibarlı mənbədən daxil olan məlumata görə, Ağdaşda təhsilin acınacaqlı vəziyyətə düşməsinin və təhsil ocaqlarında qanunsuzluğun pik nöqtəyə çatmasının bir nömrəli səbəbkarı RTŞ-nin müdiri Lütvi Paşayevdir. Adının çəkilməsini istəməyən şəxs qeyd etdi ki, təmir adı ilə dövlət büdcəsindən alınan vəsaitlər kimlərinsə cibinə gedir. Məsələn, 2011-2012-ci dərs ilinə hazırlıqla əlaqədar məktəblərin əsaslı və cari təmiri üçün yerli büdcədən 35 min 200 manat ayrılmışdı. Bu vəsait hesabına Şeyxzadə adına gimnaziya, 7 saylı şəhər, Qəsil kənd tam orta, Zeynəddin kənd ümumi orta, Aşağı Qəsil kənd ibtidai məktəblərində əsaslı təmir işləri görülməli idi. Yoxlama aparılsa, ayrılan vəsaitin yarıdan çoxunun mənimsənildiyi bəlli olar. Ağdaş RTŞ-də kifayət qədər qanunsuzluqların olduğu sadalanan faktlardan da açıq aydın görünür. Bu qanunsuzluqlara dur demək isə Təhsil Nazirliyinin səlahiyyətlərindədir. Yəqin ki, Təhsil naziri üzərinə düşən öhdəliyi tez bir zamanda həyata keçirəcək. 

 

Dia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam