Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara qəbul imtahansız olacaq, Bakıda isə...

Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara qəbul imtahansız olacaq, Bakıda isə...

 

 

2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək

 

Yenixeber.org: Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva deyib.

O bildirib ki, Bakıda isə lisey və gimnaziyalara 1-ci sinfə qəbul zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində rəsmi qeydiyyatda yaşayan uşaqlar qəbul ediləcəklər. Lisey və gimnaziyaların xidməti ərazilərində yaşayan uşaqlar həmin müəssisələrə müsabiqəsiz, yəni imtahansız qəbul olunurlar. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə məktəbə müsabiqə ilə qəbul olunacaqlar.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib ki, əgər gimnaziya və liseylərin xidməti ərazilərində yaşayan uşaqların 1-ci sinfə qəbulu zamanı həmin uşağın imtahan verməsi tələb olunarsa, valideynlər bununla əlaqədar Təhsil Nazirliyinin "Qaynar xətti"nə şikayət edə bilərlər.

C.Valehov müraciət edən valideynin hüquqlarının qorunacağını söyləyib.

O bildirib ki, bu ildən Sumqayıt, Gəncə və Abşeronda məktəbəqədər qruplara qəbulun elektron qaydada keçirilməsi nəzərdə tutulur.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?