Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sumqayıt, Gəncə və Abşeronda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb

 

 

 

 

        Bu gündən 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb

 

 

  Yenixeber.org:        Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Yeni tədris ilində Sumqayıt, Gəncə və Abşeronda lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək. 

Qeyd edək ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min nəfər şagirdin 1-ci sinfə gedəcəyi gözlənilir.

Xatırladaq ki, Bakı şəhərində I sinfə şagird qəbuluna bu il fevralın 22-də start verilib.

Valideynlər www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Elektron sistem vasitəsilə sənəd qəbulu ödənişsizdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam