Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Mikayıl Cabbarov istefaya çağrıldı:“... arxasında ermənilərə işləyən casus dayanır"

Mikayıl Cabbarov istefaya çağrıldı:

 

“Yoxlanılsa, görərik ki, bu təxribatın arxasında ermənilərə işləyən casus, ya da ki, düşməndən rüşvət alanlar dayanır. Bu cür səhvi ermənilərin özləridə etməzlər”

 

Yenixeber.org: Bunu Unikal.org-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu . “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində “Böyük Ermənistan” xəritəssinin çapına münasibət bildirərkən deyib. Cəlaloğlu deyir ki, bu təhsil sistemində ilk nöqsan deyil!: “Deyək ki, bu təsadüfdir. Burda görünən odur ki, Təhsil Nazirliyində dövlətin əleyhinə işləyən, Azərbaycan xalqının mənafeylərinə zidd mövqey tutan insanlar var. Onlar zaman-zaman dəftərlər, kitablar və başqa atributlar vasitəsilə özlərinin siyasətini həyata keçirirlər”.

Cənab Cəlaloğlu da hesab edir ki, Mikayıl Cabbarov sözügedən hadisə ilə bağlı özü istefa verməlidir:

“Çünki Cabbarovun rəhbərlik etdiyi sahədə dövlətin əleyhinə olan çox ciddi səhvə yol verilib. Bu hallar ağır nəticələrə gətirib çıxaran hadisə olduğuna görə istefa verməlidir. Dövlət başçısı bütün dünyada Dağlıq Qarabağın tarixi faktlarla Azərbaycan ərazisi olduğunu deyir və bu istiqamətdə təbliğatını aparır. Amma İlham Əliyevin apardığı siyasəti ölkəmizdə tamamilə ifşa edən belə bir “səhv” baş verir. Təhsil Nazirliyi bu dərslikləri məktəblərdən yığışdırmaqla deyil ki? Düşmən mətbuatı bu səhvdən çox ciddi şəkildə istifadə edir. Bildirirlər ki, “doğurdan” da Azərbaycanda Dağlıq Qarabağın tarixən ermənistan ərazisi kimi tanıyan kitab çap olunub və bundan geniş şəkildə istifadə edirlər. Bu kitabdan beynəlxalq qurumlarda, danışıqlarda istifadə edəcəklər. Görün ki, Mikayıl Cabbarov nə dərəcə rütbəsin sevir ki, dövlətçiliyə çox ciddi zərbə vuran hadisə ilə bağlı özü haqqında heç bir tədbir görmür? Biri səhv edən kimi işdən çıxarırsan. Xeyr ola dövlətimizə ciddi zərbə vuran səhvivə görə, özün barəndə heç bir tədbir görmürsən? Fikrimcə, Mikayıl Cabbarov ən azından özü-özünü cəzalandırmalıdır”.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?