Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

"Təhsili nəinki müasirləşdirilməli, hətta yaradılması zəruri idi" -Mikayıl Cabbarov Misir Mərdanovun fəaliyyətini tənqid etdi

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

 

“Son 3 il yarım ərzində ali məktəblərin birgə fəaliyyəti nəticəsində uğurlu layihələr həyata keçirilib”

 

“Bir neçə ilin əvvəlki təhsil sisteminin islahatı ilə bağlı danışarkən ən böyük müşahidələrdən biri o idi ki, bizim təhsil sistemimizin infrastrukturu bir çox hallarda nəinki müasirləşdirilməli, hətta yaradılması zəruri idi”.
Xeberinfo.com:   Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb: “Bunun da bir çox səbəbləri olub. Biri kənar faktorlarla bağlıdır. Burada bilik iqtisadiyyatının mövcudluğunu, yeni şəraitdə təhsil müəsssislərinin müxtariyyətinin artırılması, akademik mobillik, istər təhsilalan və təhsilverənlərin artıq fiiziki məkana, yəni ali təhsil müəssisəsinə deyil, təhsil prosesinin daha çevik və sərhəd tanımayan prosesə çevrilməsi əsas idi”. 
“Biz ali təhsil müəssisələrinə nəzər salsaq görərik ki, ölkədəki ali təhsil sistemi bir neçə ildir ki, sırf təsərrüfat fəaliyyəti göstərən sistemdir. Azərbaycanın iqtisadi və digər sahələri ilə müqayisədə dövlət universitetlərində bu kifayət qədər mütərəqqi modeldir. Bunun səbəbi dövlətlə ali təhsil müəssisələri arasında münasibətin adambaşına maliyyə prinsipi ilə qurulmasıdır” - deyə, M.Cabbarov əlavə edib.
Hazırda təhsil infrastrukturunun yaradılması üçün çalışdıqlarını vurğulayan nazir bildirib ki, tələbələrin sosial qrupunun ali təhsilə çıxış imkanlarının təmin edilməs üçün vacib addımlar atılır: “Son 3 il yarım ərzində ali məktəblərin birgə fəaliyyəti nəticəsində uğurlu layihələr həyata keçirilib. “SABAH” qrupları layihəsi uğurla icra olunub və bu il ilk məzunları olacaq”.
Təhsil naziri deyib ki, iki ilin yekununda 100-dən artıq tələbə kreditdən yararlana bilib: “Bu layihənin gələcəkdə orta və uzunmüddətli olması bu məsələyə zəruri maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlıdır”.
Xatırladaq ki, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri Misir Mərdanov olub. 2013-cü ildə onun yerinə Mikayıl Cabbarov təyin edilib. “Report” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam