Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

Qubada -xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

Belə ki, RPŞ-nin PPXB-nin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyələr edirlər. Həmçinin yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırılır, evdə qalmaları barədə xəbərdarlıq edilir.

Bundan əlavə RPŞ-nin DYPB-nin əməkdaşları rayon ərazisində nəqliyyat vasitələrini idarə edən sürücülərlə də profilaktiki söhbətlər apararaq, xüsusi karantin rejiminə əməl etmələrini və lüzumsuz yerə nəqliyyat vasitəsi idarə etməyərək “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam