Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xaçmaz polisi - karantin rejiminə əməl etməyənlərə xəbərdarlıq edib

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi və elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanlarla profikatiki söhbətlər aparılır, onların çölə çıxmamaları barədə tövsiyyələr verilərək yaşadıqları ünvanlara qaytarılması təmin olunur.
Həmçinin polis əməkdaşları tərəfindən xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verilir.

Bu tədbirlərlə yanaşı xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlanılır və sürücülər sakini olduğu rayonlara yönləndirilirlər.

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam