Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

300 minə qədər məcburi köçkün yeni evlə təmin olunub

Dövlət komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

 

Yenixeber.org: Yanvarın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyiblər.

Qəbula gəlmiş məcburi köçkün vətəndaşların müraciəti, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərin həlli ilə bağlı olub.

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxladığı qeyd edilib, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən zəruri vəsait ayrıldığı bildirilib. İndiyədək 300 minə qədər məcburi köçkünün yeni ev və mənzillərlə təmin olunduğu, bu prosesin davamlı xarakter daşıdığı diqqətə çatdırılıb. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də qəzalı vəziyyətdə olan bina və tikililərdə ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə xüsusi həssaslıqla qayğı göstərdiyi, yeni salınmış qəsəbələrdə onların birinci növbədə mənzillə təmin edilməsi barədə tapşırıq verdiyi və bu tapşırığın icrasının davam etdirildiyi xatırladılıb.

Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün şöbə və departamentlərə tapşırıq verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam