Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dövlət Komitəsinin sədri:"Cocuq Mərcanlı əzəli torpaqlarına qayıdışının simvoludur"

 

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klaus və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb

Yenixeber.org: Dövlət Komitəsindən verilən məlumata görə, R.Rzayev ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində irihəcmli layihilərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, irihəcmli proqramlar icra edilir.
Qeyd edilib ki, Aprel hadisələri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam tarixi hadisədir. Cocuq Mərcanlı Azərbaycan xalqının əzəli torpaqlarına qayıdışının simvoludur. Bu kəndin bərpası xalqımızın işğal altında olan digər ərazilərimizi də geri qaytarmaq əzmində olduğunu qəti şəkildə nümayiş etdirir.
Dövlət Komitəsinin sədri BMT QAK-ın məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Təşkilatın ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilib.
Furio de Angelis Cocuq Mərcanlıda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra bir işlərdə yaxından iştirak etdiyini və kənddə qiymətləndirmə apardıqlarını bildirib. BMT QAK-ın Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını deyib.

Görüşdə eyni zamanda iyunun 20-də Ümumdünya qaçqınlar gününün keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihələr ətrafında əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam