Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

25 min insan evlə təmin olunacaq - DEPUTAT

 

 

"İlham Əliyev bu diqqət və qayğını hər an insanlara hiss etdirir".

Yenixeber.org: "Prezident İlham Əliyev cari ilin 9 ayının yekunu ilə bağlı keçirilən tədbirdə bütün sahələr haqqında geniş məlumat verib. Bununla yanaşaı, ölkə başçısı hər zaman olduğu kimi, bu dəfə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindən görülən işlərə də toxunaraq bu məsələdə öz tələb və tapşırıqlarını dilə gətirib”.

Bu sözləri millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, dövlət başçısı çıxışında ölkədə baş verən müsbət hallarla yanaşı, mənfi məqamlar barədə də fikirlərini dilə gətirib:

“Bütün istiqamətlərdə qeydə alınan neqativ məqamlar müzakirə edilib və onların bir daha təkrar olunmaması üçün zəruri tapşırıqlar verilib. Bu gün ölkədə istər enerji sahəsində, istər iqtisadi-siyasi və sosial sahədə vəziyyət yüksək səviyyədədir. Durmadan görülən işlər ölkənin sürətlə inkişafına gətirib çıxarır. Bütün bunlarla yanaşı, öz torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərin problemləri də unudulmur. Onların problemlərinin həll olunmasına dair bir çox tapşırıqlar verilib. Cənab Prezident bu sahədə də müəyyən neqativ halların baş verdiyini diqqətə çatdıraraq, onların aradan qaldırılmasını tapşırıb. Bu günə qədər və bu gündən sonra da məcburi köçkünlərin mənzil, məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət ayrılıb və ayrılacaq. Vətəndaşlara bu qayğı, bu diqqət hələ Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərindən başlayıb və bu gün də onun layiqli davamçısı İlham Əliyev bu diqqət və qayğını hər an insanlara hiss etdirir. Həm paytaxda, həm də müxtəlif regionlarda qaçqın və məcburi köçkünlərin istifadəsi üçün çoxsaylı binalar, massiv və qəsəbələr istifadəyə verilib. Bu proses dövlət qarşısında hər zaman prioritet mövzu olaraq qalıb. Bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilib. Doqquz ayda 2900 məcburi köçkün ailəsinə yeni mənzillər verilib. İlin sonuna qədər əlavə 2800 ailənin də mənzillərlə təmin edilməsi planlaşdırılır. Ümumilikdə 2018-ci ilin sonuna qədər 5700 ailə - təxminən 25 min insan evlə təmin olunacaq. Bu isə ölkə başçısının qayğısından xəbər verir. Prezident eyni zamanda bu məsələlərə dövlətlə yanaşı, özəl sektorların da cəlb olunmasını vacibliyini vurğulayıb. Həm dövlət, həm də özəl sektor tərəfindən bu məsələ diqqət mərkəzində saxlanılır və saxlanılacaq o vaxta qədər ki, məcburi köçkünlər öz ata yurdlarına geri qayıdacaqlar. Hər birimiz inanaırıq ki, o gün çox uzaqda deyil”. (publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam