Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nazirliklərin maşınları satışa çıxarıldı - “Ford Fokus” 6 min, “Hyundai” 5 min manata...

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən nazirlik və komitələrə məxsus avtomobillərinin növbəti hərracı keçiriləcək. 
Yenixeber.org: ƏMDK-nə istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus KAMAZ-55111 markalı avtomobillərin qiyməti 3 min 150 manatdan başlayır. Hərraca Energetika Nazirliyinə məxsus, 2007-ci il buraxılışlı "Ford Fokus” avtomobili də çıxarılıb. Maşının start qiyməti 6 min manatdan başlayır. 2002-ci il buraxılışlı "Hyundai” markalı avtomobil isə 5 min manata təklif edilir. VAZ-21 markalı avtomobillərin start qiyməti isə 2 min manata qoyulub.
Qeyd edək ki, hərraclar 6 və 13 noyabr tarixlərində keçiriləcək və sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunur. Hərracın keçirilməsinə ən azı üç bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN);
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd;
10 faiz məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam