Redaktor seçimi
Bir karyeranın sirri –
SOCAR-da yoxlamalar Mikayıl İsmayılovu bitirə bilər-
ÖLÜM TUNELİ - 2019:  
Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:
İşsiz müəllim yardım istəyir-
Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-
Lütvəli Babayev şəhid ailəsini təhqir edir-
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Günün xəbəri

Öz işçisini maşınla vurub şikəst etdi, POLİSƏ RÜŞVƏT VERİB İŞİ BAĞLADI –Göyçay sakini Ramil Usubov və Zakir Qaralova müraciət edib

 Göyçay şəhəri 1-ci Ərəbcəbirli kənd sakini Allahverdiyev Səxavət Ədalət oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. S.Allahverdiyev yazır:
Yenixeber.org: “Mən işləmək üçün Bakı şəhərinə gedib, Nizami rayonu Qara Qarayev qəsəbəsinin Özbəkistan küçəsində yerləşən avtoyuma sexində işləyirdim. Həmin avtoyuma sexini Alim adlı şəxs icarəyə götürmüşdü. 30.04.2018-ci il tarixdə avtomobil yuyan zaman Alim “BMW x5” markalı avtomobili qarşıya sürən zaman məni hasarla avtomobilin arasında qoyaraq vurdu. Nəticədə sol ayağım - omba sümüyüm sındı. Məni həmin vaxtı 3 saylı Sabunçu xəstəxanasına gətirdilər. Orada cərrahiyyə əməliyyatı olundum, ayağıma mil qoyuldu. 3 ay yataq xəstəsi olmuşam, 2 aydır ki, əsa ilə gəzirəm. Ev şəraitində müalicə olunmaq üçün borc etmişəm, maddi imkansızlıqdan ayağımdakı mili çıxartdıra bilmirəm. Adı dövlət xəstəxanası olsa da, pullu xidmət göstərirlər. Mənim isə maddi imkanım yoxdur. Atam həyətlərdə fəhlə işləyib quru çörəyimizin pulun güclə qazanır. Özüm isə Alim adlı şəxsin təqsiri ucbatından ağır xəsarət aldım. Bu cinayət hadisəsi olsa da Nizami Rayon Polis İdarəsinin adını bilmədiyim bir əməkdaşı gəlib hadisə yerinə baxıb, Alimdən pul alıb cinayətin üstünü ört-basdır etdi.
Çıxılmaz bir vəziyyətdəyəm. Bu cinayət hadisəsi barədə Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova və Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova şikayət ərizələri ilə müraciət etmişəm. İnanıram ki, bu üstü ört-basdır edilmiş cinayət hadisəsi obyektiv araşdırlacaq, Alim adlı şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Həmçinin cinayətin üstünü ört-basdır etmiş Nizami RPİ-nin əməkdaşı məsuliyyətə cəlb ediləcək.
Sizdən xahiş edirəm, şikayət ərizəmi araşdırıb qanuna müvafiq tədbirlər görəsiniz, mənim dövlət xəstəxanasında müalicə olunmağıma köməklik göstərəsiniz”.(muxalifet.az)



Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar