Ucar rayon sakini Əhməd Əhmədov maddi imkansızlıqdan təhsilini davam etdirə bilmir.

 

Yenixeber.org: Ə.Əhmədov 2012-ci ildə Gəncə Texnologiya Universitetinin Dövlət və bələdiyyə idarəetmə fakultəsinə daxil olub, amma maddi imkanı çatmağı üçün təhilinə davam edə bilməyib:

“Həmin Universitetdə qiyabi oxuyub 2012-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, 2014-ci il tarixdə hərbi xidmətimi başa vurub təxris olunmuşam. Təhsil aldığılm Universitetdə 2 il oxuduğum müddətdə hər il 1300 manat təhsil haqqı ödəmişəm. Sonrakı ili təhsil haqqımı ödəyə bilmədiyim üçün məni imtahanlara buraxmadılar. Buna görə təhsilim yarımçıq qalıb. Atam Ucar rayon Komunal Təsərrüfat İdarəsində fəhlə işləyir, ayda 125 manat maaş alır. Bu pulla biz heç 10 gün yaşaya bilmirik.

Buna görə rayonda şadlıq evində ofsiant işləyirəm ki, ailəmiz aclıqdan məhv olmasın. Maddi imkansızlıqdan təhsil haqqımı ödəyə bilmirəm ki, təhsilimi başa vurub ali təhsil diplomumu ala bilim. Ailəmizin imkansız olması mənim arzularımı ürəyimdə qoyub. Arzum odur ki, təhsilimi başa vurub, ali təhsil diplomumu alıb dövlətə ixtisaslı kadr kimi töhfələr verim. Çox təssüflər olsun ki, maddi imkansızlıq arzumun rellaşmasına mane oldu.

Anacaq bütün bunlara baxmayaraq ümüdümi üzməmişəm, ona görə ki, Azərbaycanda vicdanlı, mərhəmətli, imkanlı insanlar var. İnanıb ümüd edirəm ki, hansısa bir mərhəmətli, imkanlı insan bu müraciətimi araşdırıb mənim təhsilimi davam etdirməkdə maddi köməklik göstərəcək. Sizdən çox xahiş edirəm, yarımçıq qalmış ali təhsilimi davam etdirib diplomumu almaq üçün mənə maddi köməklik göstərəsiniz. Mən söz verirəm ki, öz savad və bilik bacarığımla ali məktəbi oxuyub dövlətə vicdanla xidmət edəcəyəm və mənə təhsilimi başa vurmaqda yardımçı olan insanın borcunu qaytaracağam”.

Minval.info