Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şirzad Abdullayevin qardaşı cərimələnibmiş –Sahil Babayevin daha bir kadrı…

  

 
Dövlət Sosial Müdafiə Fondunun direktor müavini İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qardaşı Cavid Abdullayevdir.
Cavid Abdullayev
Cavid Abdullayev

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bu ilin iyununda imzaladığı sərəncamla C.Abdullayev sözü gedən posta gətirilib.

O, buna qədər Qaradağ və Səbail DSMF şöbələrinin müdiri işləyib. Maraqlı nüans budur ki, S.Babayevin vəzifələrə yeni təyin etdiyi kadrların keçmiş fəaliyyəti şəffaf deyil.

Nazir kristal reputasiyaya malik komanda imici formalaşdırmağa cəhd etsə də, təyinatlar haqda dosyelər əksini iddia edir.

Belə ki, vəzifəsini yüksəltdiyi Ş.Abdullayevin qardaşının adı məhkəmə işinə keçir. Ötən il yayılan xəbərlərdə deyilir ki, Cavid Abdullayev Səbail rayon məhkəməsinin qərarını icra etməkdən yayınıb.

Buna görə də barəsində növbəti dəfə, iyulun 3-də Səbail rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu maddə ilə cəzalandırılan şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə cərimələnir. Cavid Abdullayev isə bu məbləği ödəməkdən imtina edib və inzibati tənbeh tədbiri barədə qərardan apellyasiya şikayəti verib.

Daha əvvəl isə DSMF Lənkəran şəhər şöbəsində kadr dəyişikliyi olub. Şöbə müdiri Maarif Bayramov işdən azad edilib.

Onun yerinə təzədən Babək Cəfərov təyinat alıb. B.Cəfərov əvvəl də DSMF müdiri işləyib. Keçmiş nazir Səlim Müslümov onu işdən azad etmişdi.

Yeni nazir Sahil Babayev isə M.Bayramovu vəzifəsindən çıxarıb B.Cəfərovu işinə qaytarıb.

B.Cəfərovun dövründə isə Lənkəranın sahibkarları sosial sığorta ödənişlərində qeyri-rəsmi tələblərlə üz-üzə qalıblar. 

 

Fərhad Çağtürk / AzEuroNews.com/

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam