Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fond sədri zaldan qaçdı - ŞOK

 

İyunun 3-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Xeberinfo.com:   Məlumata görə, foruma dəvət olunan fermer və sahibkarlara qabaqcadan bildirilib ki, onlar tədbirə qatılsınlar. Çünki Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev şəxsən iştirak edəcək və fermerlərə güzəştli şərtlərlə kreditlər veriləcək. 
 Saatlı sakini Akif Mehdiyev bununla bağlı yazıb ki, bunu eşidən fermerlər 3 il əvvəl həmin bu Şirzad Abdullayevin iştirakı ilə rayonun Qıraqlı kənd orta məktəbində bu mövzuda keçirilmiş iclası xatırlayıblar. 
O qeyd edir ki, Ş.Abdullayev 3 il bundan əvvəl rayonun fermerlərini kredit verilməsi adı ilə bir dəfə aldadıb. «O vaxt Ş.Abdullayevin iclasına qatılan fermerler tədbirin sonuna qədər gözlədilər. Ancaq onlara kredit verilməsi barədə bir kəlmə də vəd verən olmadı. İki gündən sonra televiziyalar bar-bar bağırdılar ki, bəs, Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayon fermerlərinə 3 milyon manat məbləğındə kredit paylayıb. Fermer və sahibkarlar bir-biri ilə əlaqə saxladılar və məlum oldu ki, həmin məbləğ bir nəfərə verilib. O da əslən Saatlıdan olsa da, Bakı şəhərində yaşayır və mərkəzdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 3 milyon krediti də ona veriblər. Bununla da Saatlı fermer və sahibkarların Şirzad Abdullayevə olan inamı birdəfəlik söndü».
Akif Mehdiyev vurğulayır ki, bir neçə gün əvvəl İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Saatlıda yerli sakinlərlə görüş keçirən zaman Şirzad Abdullayev tərəfindən aldadılmış fermerlər bir yerə toplaşaraq bu barədə nazirə məlumat vermək istəyiblər. «Ancaq Ş.Abdullayev və onun adamları, daha doğrusu, ətrafı bu görüşə mane olublar. Şirzad müəllim bu dəfə də fermerlərə söz verib ki, onların kredit məsələsini özü həll edəcək. Fermerlər bu dəfə də dövlət məmurunun yalan vədlərinin qurbanı oldular. Qarşıdan isə taxıl biçini, pambıq əkini gəlirdi. Bu ciddi məsələlər fermerləri çox narahat edirdi».
O bildirir ki, fondun iyunun 3-də də Saatlıda İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun keçirdiyi görüşün əsas məqsədi də pambıqçılığın inkişafı ilə əlaqədar fermerlərə yardımçı olmaq idi. «İşgüzar forumda əsas mövzu sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, Saatlıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması və sahibkarların investisiya layihələrini maliyyələşdirmək olmuşdur. Lakin sahibkarların Şirzad Abdullayevə qarşı sönmüş inamı bu dəfə alovlanmış və onlar dövlət məmuruna bu yalanlara son qoymağı bildirmişlər. Onun ötən tədbirlərdə verdiyi yalan vədlər, “nazir Şahin Mustafayevin qəbuluna getməyin, özüm hər şeyi yoluna qoyacağam” deyərək, fermerləri aldatması açıq şəkildə üzünə deyildi». 
Azər Mehdiyev vurğulayır ki, bütün bunlardan sonra Şirzad Abdullayev tədbiri yarımçıq tərk edib. «Elan olundu ki, guya tədbir başa çatdı. Görünür dövlət məmuru yalanlarını ört-basdır edə bilmədiyindən aradan çıxıb. Həm də bu dəfə Saatlı fermerləri məsələni çox kəskin qoyublar: Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin fermerləri aldatması, onları “kredit oyununa” qoşması barədə Azərbaycan Prezidentinə və İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevə məlumat verəcəklər. Fermerlər bildiriblər ki, Şirzad Abdullayevin onları dəfələrlə aldatması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə yetişdirilən məhsulların vaxtında əkilib-becərilməsinə və toplanmasına əngəllər yaradır».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam