Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Beyləqanın icra başçısı ilə bağlı ŞOK İDDİA- Məmurları tələyə salırmış...

Beyləqanın icra başçısı ilə bağlı ŞOK İDDİA
Yenixeber.org: Azərbaycanda bir çox icra başçılarının öz əlaltılarında bəzi "zəhmətkeş qruplar" saxladığı illərdən bəri ölkə mətbuatında yazılır. Ancaq son illər bir çox icra başçıları zəhmətkeş məktubu yazanları şantajçılarla əvəz etməyə başlayıblar. İddiaya görə, belələrindən biri də Beyləqan rayon icra başçısı Vaqif Abdullayevdir.

Bu barədə MilliYol.Az-a məlumat verən mənbə iddia edir ki, son aylar Vaqif Abdullayev rayon məmurlarına və azad sahibkarlara bu kimi qruplarla təziyiq edir. İddia olunur ki, icra başçısının göstərişi ilə həmin şəxslər məmur və sahibkarlarla bağlı Prezident Administarsiyasına və müxtəlif dövlət qurumlarına yalan məktublar göndərir, mətbuata yazılar və videolar ötürürlər.

Məlumata görə, bundan sonra Vaqif Abdullayev haqqında yazı yazılan məmuru və sahibkarı yanına çağıraraq yuxarıların işi araşdırmaq tapşırığı verdiyini və məsələnin ciddi olduğunu deyir. İcra başçısının bu sözündən qorxuya düşənlər isə məsələnin yoluna qoyulması üçün Vaqif Abdullayevdən kömək istəyirlər. Məhz bundan sonra başçı məsələyə müdaxilə edərək problemi yoluna qoyacağı sözü verir və həmin şəxsdən müəyyən miqdarda haqq alır.

Məlumatda vurğulanır ki, həmin qrupun yaydığı bəzi məlumatlar onlara birbaşa icra başçısı tərəfindən ötürülür və içində məmurların yol verdiyi korrupsiya faktları dəqiqlik və özəlliklə seçilir.

Mənbə iddia edir ki, son bir ildə 10 yaxın məmur və sahibkar bu şəkildə "tələyə" salınıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam