Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Beyləqanda şok olay!

                                                        

                                    

 

              İcra başçısı ilə sabiq şöbə müdiri əlbəyaxa olub

 

     “Xeberinfo.com”: Beyləqan rayonunda icra başçısı Vaqif Abdullayevin iştirakı şok qalmaqal baş verib. Rayondakı mənbəmizdən aldığımız məlumata görə, icra başçısı Vaqif Abdullayevlə icra hakimiyyətinin sabiq şöbə müdiri arasında əvvəlcə mübahisə, sonra isə əlbəyaxa dava baş verib. Hadisəni yaxından müşahidə edən mənbənin “xeberinfo.com”a bildirdiyinə görə, avqustun 25-də, təxminən axşam saat 9-un yarısında icra başçısı Vaqif Abdullayev polis rəisi və prokurorla birlikdə rayonun mərkəzində gəzişirmiş. Bu zaman icra hakimiyyətinin sabiq şöbə müdiri Zakir Əjdər oğlu Mehdiyev də həmin ərazidən keçirmiş. Onu görən Vaqif Abdullayev “Səni işdən çıxardım, küçələrdə qaldın” deyə Zakir Mehdiyevə söz atıb. Zakir Mehdiyev də “küçə uşağı özünsən, tərbiyən olsun” –deyə qarşılıq verib. Bundan sonra icra başçısı ilə sabiq şöbə müdiri arasında əlbəyaxa dava olub. Onları polis rəisi və prokuror güclə bir-birindən ayırıblar.

    Bundan sonra sabiq şöbə müdiri polis şöbəsinə aparılıb və sonra onun haqqında başqa bir məlumat əldə etmək mümkün olmayıb. Məlumata görə, icra başçısının sabiq şöbə müdirinə qarşı belə aqressiv münasibəti səbəbsiz deyil. Belə ki, Zakir Mehdiyev işdən qanunsuz çıxarıldığına görə məhkəməyə müraciət edib və avqust ayının 28-də onun şikayəti üzrə məhkəmə iclası olmalıdır. Bu isə icra başçısını bərk narahat etdiyindən, sabiq şöbə müdirini məhkəməyə qədər zərərsizləşdirmək qərarı verilib. Çox maraqlıdır ki, Beyləqan rayon İcra Hakimiyyətinin rəsmi saytında (http://www.beyleqan-ih.gov.az/page/21.html )Mehdiyev Zakir Əjdər oğlu hüquq şöbəinin müdiri kimi olaraq göstərilir. 

   Qeyd edək ki, son zamanlar ölkə mediasında Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin korrupsiya əməlləri haqqıda çoxsaylı məlumatlar yayılır. Mənbəmiz bu istiqamətdə bizə yeni məlumatlar verdi. İndiyə qədər mətbuatda səslənməyən bu faktlarla bağlı lazımı araşdırmalardan sonra geniş yazı hazırlayacağıq. Görünür, icra başçısının əsəblərinin dözməməsinin bir səbəbi də budur.

 

 

 

    Tofiq 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam