Beyləqanda vəziyyət yaxşı deyil. Rayonda idarəçilik gərginlik yaradır. Məsələn, mal bazarının müdiri vergiyə ödəyəcəyi vəsaitin üç qatını icra başçısı Vaqif Abdullayevə verməli olur
Yenixeber.org: Məlumata görə rayonun mal-qara bazarının müdiri, sahibkar Qəhrəman Qəhrəmanov icra başçısı Vaqif Abdullayevdən narazıdır.
Sahibkarın narazılığı mal-qara bazarından əldə edilən gəlirin böyük bir hissəsinin icra başçısı tərəfidən əlindən alınmasıdır.
Məlumatı ilk yayan MilliYol yazıb ki, iş adamı bazardan həftəlik yığılan 5-7 min manat arasındakı vəsaitin böyük hissəsini məcburən icra başçısına verir.
İş adamı yaxın ətrafı ilə etdiyi söhbətdə vergidən gizlətdiyi vəsaitin 2-3 qatını Vaqif Abdullayevə ödədiyini deyib.
Qəhrəman Qəhrəmanov buna görə işləməyin çətin olduğunu və yaxın günlərdə mal-qara bazarını satışa çıxaracağını bildirib.
Hətta icra başçısının hmin bazarı alacağı və yaxın bir adamına həvalə edəcəyi söz-söhbətləri var. Bu da öz növbəsində sahibkarların məmurlar tərəfindən sıxışdırılmasıdır.
Ümumilikdə, iş adamları, yerli sakinlər prezidenti Beyləqana səfər etməyə çağırırlar. Onlar dövlət başçısının öz gözləri ilə icra başçısının qanunsuz işlərinə şahidlik etməsini arzulayırlar.
V.Abdullayevin həmkarları arasında Elmar Vəliyev, Mahir Quliyev kimi insanlara qarşı kobud, laqeyd olduğunu iddia edən sakinlər tezliklə dəyişiklik olmasını istəyirlər.
Bir neçə ay əvvəl isə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tərəfindən döyüldüyünü deyən Rahil Əliyev üsyan səsini qaldırmışdı.
“Dünən gecə birin yarısında icra başçısı Vaqif Abdullayev və rəis Fizuli Şıxəliyev iş yerimə gəldi. İçəri girən kimi dəmir dirəkləri soruşdu. Dedim ki, şirkət aparıb və işçiniz Novruz müəllimə məlumat vermişəm.
Başladı mənim var-yoxumu, valideynlərimi, ölümü söyməyə. Söyə-söyə burnuma zərbə vurdu. Məni şillə-təpiyin altına saldı. Rəisə dedi ki, bunu atın içəri yükləyin, tapançadan, narkotikdən qoyun cibinə getsin”,-deyə iddia etmişdi.
FİA.Az xəbər verir ki, Gəncə meri Elmar Vəliyevin sui-qəsd olunmasında səbəb kimi insanlara qarşı qaba davranışı, söyüş söyməyə vərdiş etməsi göstərilir.
Bu da dəhşətli nəticəsidir ki, gəncəliləri təhqir edən bir məmur amansız cinayətlə üz-üzə qaldı, ölməsə belə, onun karyerası məhv edildi.
Beyləqandan cumhuriyyət.az–a daxil olan məlumata görə, sakinlərlə bərabər icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Bakir Balakişiyev də icra başçısı Vaqif Abdullayevin vəzifəsindən azad olunacağı günü həddindən artıq səbirsizliklə gözləyir.
Şəhər meri ən yaxın ətrafı ilə keçirdiyi məclislərdə Vaqif Abdullayevin yaxın həftələrdə vəzifəsi ilə vidalaşacağını dilə gətirərək, ondan qurtulacaqlarını sevinlə müjdələyir.
Şəhər merininin icra başçısının işdən çıxarılmasını bu qədər istəməsi isə çox maraqlıdır. Çünki Bakir Balakişiyevi Beyləqan meri vəzifəsinə məhz Vaqif Abdullayev təyin edib və rayonda hər kəs onun başçının “sevimli” kadrlarından biri olduğunu yaxşı bilirlər.
Ancaq son aylar şəhər meri Bakir Balakişiyev Vaqif Abdullayevin vəzifədən getməsi üçün saatlarla dua edir desək yanılmarıq.
Vurğulanır ki, şəhər merinin icra başçısına qarşı incikliyinin arxasında Vaqif Abdullayevin Bakir Balakişiyevi yaxına buraxmamasıdır.
Bununla bərabər şəhər meri rayonun təmir-tikintisi zamanı iş görən bəzi şirkətlərlə gizli şəkildə anlaşaraq dövlət büdcəsindən xeyli miqdarda vəsait mənimsəyib.
Beyləqan şəhər icra nümayəndəliyində işləyən və adının açıqllanmasını istəməyən şəxsin iddiasına görə Bakir Balakişiyevin gizli şəkildə həyata keçirtdiyi korrupsiya maxinasiyalarının bəzilərindən Vaqif Abdullayev xəbər tutub.
Ancaq şəhər merinin əsas mmaxinasiyasının hələki üzə çıxmayıb. Bu maxinasiya isə Beyləqan şəhər küçələrinə qoyulan asfalt örtüyüdür.
Həmin asfaltlanma prosesində Bakir Balakişiyev işi öhdəsinə götürən şirkətlə gizli şəkildə iş birliyinə gedərək külli miqdarda yeyintilərə yol verdiyi deyilir.
Məhz bu işlərin üzə çıxmağından və icra başçısının qəzəbinə tuş gəlməkdən qorxuya düşən Bakir Balakişiyev ümidini bağlayıb ölkə prezidentinin Vaqif Abdullayevi işdən çıxartmasına.
Məlumatda vurğulanır ki, Bakir Balakişiyev tez-tez Beyləqandakı bəzi “demoqoqlarla” gizli şəkildə toplantı keçirərək onları rayon rəhbərliyi haqqında müxtəlif saytlara məlumatlar ötürmələri ilə bağlı təlimatlandırır.(fia.az)